Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rüfət Aslanlının dələduzluq işi böyüdü: bankir anasından şok açıqlamalar
Rüfət Aslanlının dələduzluq işi böyüdü: bankir anasından şok açıqlamalar
22 Dekabr 2016 / 11:07 / Baxış sayı: 1716
Font1 Font2 Font3 Font4

Politika.Az-da Məmməd Məmmədovun müraciəti yayımlanmışdı. Yazıda “Bank Avrasiya” ASC-nin həbs edilmiş sabiq işçisi Vüqar Əliyev haqqında söz açılırdı. Məqalədən sonra anası Aynişan Hümbətova redaksiyamıza məktub göndərib.

V.Əliyevin valideyni bildirib ki, M.Məmmədovun bütün fikirləri ilə razıdır: “Bir düzəliş sərti ilə – oğlum Vüqar Əliyev 2012-2014-cü illərdə Bank Avrasiyada Departament rəhbəri yox, hüquqi şəxslərin kreditləşdirilməsi şöbəsinin rəisi olub. Və bu vəzifədən 2015-ci ilin əvvəlində öz xahişi ilə və rəhbərlik tərəfindən verilmiş müsbət xasiyyətnamə ilə gedib. 

Qeyd edilən dövr ərzində Departament rəhbərinin yeri boş idi və Vüqar rəhbərliyin göstərişlərinə əsasən, onun Departament rəhbəri vəzifəsinə təyin edilməsi haqqında heç bir əmr olmadıqda, məktubun icraçısı, fiziki şəxslərin kreditləşdirilməsi üzrə mütəxəsisin Ramin İsmayılovun vizası ilə yanaşı məktubun arxa üzündə vizasını yəni imzasını qoymağa məcbur olub.
Mütəxəssis Ramin İsmayılov sözügedən bankın idarə heyətinin sədr müavini Arif İsmayılovun qohumudur. Bildiyimə görə, Vüqarın keçmiş vəzifəsini tutur. Həmin Ramin İsmayılov girovluq yükündən azad edilməsi üçün əsasların olub-olmadığını bankın daxili qeydiyyatlarında yoxlayıb və ancaq bundan sonra Əmlak Komitəsinin Reyestr Xidmətinə bu müraciəti hazırlamalı idi, yaxud əsas olmadığı halda rəhbərliyin qarşısında bu mütənasibsizlik haqda məsələ qaldırmalı idi.
Müraciət reallığı əks etdiyi halda isə, yəni girov yükündən azad olunan daşınmaz əmlakın müqabilində götürülən kreditin qaytarıldıqda, R.İsmayılovun və Vüqar Əliyevin vizaları ilə birlikdə həmin sənəd katibliyə təhvil verilməli idi. Bundan sonra Fuad Aslanov həmin müraciəti imzalayıb baş mühasib Çingiz Əmircanova göndərməli idi”.
A.Hümbətova Politika.Az-a bildirib: “O isə yenidən həmin müraciətin reallığı əks edib-etmədiyini yoxlayıb , ancaq bundan sonra bu müraciətin dürüstlüyünü bankın əsas möhürü ilə təsdiq etməli idi. Baxmayaraq ki, Fuad Aslanov sonradan öz imzasından imtina etdi, müraciətdə vurulmuş möhür şəklinin əsli ilə düz gəlməsi heç kəs, o cümlədən istintaq və ekspert tərəfindən şübhə altına alınmır. Beləliklə yuxarıda qeyd edilən kimi oğlum Vüqar bu bank prosedurunda rolunun əhəmiyyətinə görə sonuncu yerlərdən birini tutmuşdur və heç cür təkbaşına bunları edə bilməzdi.
O instintaq zamanı, əvvəllər işçisi olduğu bankın rəhbərliyi tərəfindən müraciətin saxta olması haqqında məsələ üzə çıxdıxda qabağa verilib özlərini isə kənara çəkmişdirlər. Bunun nəticəsində, oğlum cinayət məsuliyyətinə cəlb olunaraq həbs olunub. Bu mənada mən Məhəmmədovun Sizin vasitəniz ilə səsləndirilən fikirləri ilə tam razıyam. Bu iş üzrə istintaq təxminən bir il əvvəl başlanıb. Cari ilin mart ayından noyabr ayına qədər heç bir istintaq hərəkətləri aparılmayıb”.

Məhbus bankirin anası qeyd edib: “Sonra Məhəmmədovun Baş prokurorluğa növbəti şikayətindən sonram dərhal dediyim kimi yalnız oğlum Vüqar bu cinayətdə təqsirkar bilinərək həbs olunub.

İndi də Nərimanov rayon prokurorluğu rəhbərliyi bu işin obyektiv istintaqına həvəsli görünmür və oğlumdan başqa bu işdə bank rəhbərliyin fəaliyyətini araşdırmaq istəmir. Onlar, hansısa mənə məlum olmayan səbəblərdən kənarda saxlayıb, ancaq Vüqarı cəzalandırmaqla kifayətlənmək istəyir. Bunun əyani təsdiqinin əlamətlərini mən həmçinin Vüqarın müdafiə hüquqlarının köbud şəklində pozulmasında görürəm.

Belə ki, Vüqarın atası müqaviləli vəkil təcili cəlb etmək arzusunu bildirdikdə, ona deyilmişdir ki , cinayət məsuliyyətinə cəlb edilməsinə və məhkəmə qarşısında onun həbsi haqqında təqdimatı verilməsinə bir sutka vaxt var və o bunu bu müddət ərzində rahat edə bilər. Vüqarın atası vəkillə müqavilə bağlamaq üçün yollandıqda isə , elə həmin gün ,yəni 01.12.2016-ci il tarixdə, təcili, təyinatlı müdafiəçinin iştirakı ilə ittihamı Vüqara təqdim edərək , onu qətimkan tədbiri-həbs seçilməsi üçün məhkəmə qarşısına çıxartmışdılar. Bunun nəticəsində vəkil qanunla nəzərdə tutulmuş 3 gün müddətində həbs haqda apeləsiya ilə müraciət etmək imkanından məhrum edilib”.

Məktub müəllifi Politika.Az-a yazıb: “07.12.2016-cı ildə M.Məhəmmədovun və Vüqarın atası İ.Əliyevin şikayətləri ilə bağlı Bakı Şəhər prokurorluğunda göstərilən cinayət işinin müzakirəsi zamanı , şəhər prokurorluğu tərəfindən, Nərimanov rayon prokurorluğun rəhbərliyinə istintaqın obyektiv, dolğun və hərtərəfli aparılmasının təminatı məqsəd ilə bir sıra göstərişlər verilib. Lakin onlar bu günə qədər yerinə yetirilməmiş qalırlar.

Bu azmış kimi, müqaviləli müdafiəçi 09.12.2016-cı il tarixdə istintaqa order təqdim etdiyinə baxmayaraq, ancaq onu 12.12.2016-cı ildə prokurorluğda iş təcrübəsini keçən Fəhmin adlı bir gəncin vasitəsi ilə Vüqara təqdim edib.

Sərbəst ünsiyyətlərinə şərait yaradmaqla kifayətlənmişdilər. Həmin vaxtdan bu günə , yəni 20.12.2016-cı il tarixinədək, oğlumun müdafiəçisini ona aid işin materiallarını təqdim etməkdən imtina edib.

Bununla onun müdafiəçinin qanuni fəaliyyətinə süni maneyələr yaradıb və bunu cinayət işinin Baki Şəhər prokurorluğunda öyrənilməsi üçün bütün bu vaxt ərzində olmasıyla izah ediblər”. Politika.Az xatırladır ki, Məmməd Məmmədov 2011-ci ildə “Bank Avrasiya” ASC-dən 450 min dollar kredit götürüb, həmin kreditini 350 min dollarını ödəyib. Müraciət müəllifi qeyd edib ki, kredit götürdüyü zaman kreditin məbləğinin təminatı kimi məhkum Aygün Babaşova ilə razılaşmaya əsasən iki ev girov qoyub.
Sonradan Aygün Babaşovanın etibarından sui-istifadə etməklə əmlakımın ələ keçirilməsi faktı ilə 2015-ci ilin 11 martında Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində 178.3-ci maddəsi ilə onun barəsində cinayəti işi başlanıb. Hazırda Babaşova azadlıqdan məhrum edilib. İstintaq müddətində aydın olub ki, Nəsimi rayonundakı evim “Bank Avrasiya” ASC-nin vəzifəli şəxsləri tərəfindən dələduz Aygün Babaşova ilə əlbir olaraq satılıb və alınan pullar tərəflər arasında bölüşdürülüb.
Sitat: “Evi satmaqla mənə külli miqdarda zərər vuran bank düz 1 ildən çox vaxt keçdikdən sonra 304 min dollar borcum olduğu barədə mənə rəsmi bildiriş göndərib. Əgər kredit borcu ödənilməyibsə mənzil ipoteka yüklülüyündən necə çıxarıla bilərdi?
Bank vəzifəlilərinin bu arxayınlığının səbəbi Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlının himayədarlığından irəli gəlir. Bankın sabiq idarə heyətinin sədri Fuad Aslanov Rüfət Aslanovun qardaşıdır. İstintaqın belə tez yekunlaşmasına da Rüfət Aslanlı kömək edib”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə