Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İnam Kərimov bəzi domenləri bağlatdırdı – Etirazlar var
İnam Kərimov bəzi domenləri bağlatdırdı – Etirazlar var
22 Dekabr 2016 / 13:35 / Baxış sayı: 756
Font1 Font2 Font3 Font4

Azərbaycanda “ASAN Viza”nın fəaliyyətə başlaması ilə “az” domenində tərkibində “visa” sözü olan bütün saytların fəaliyyəti dayandırılıb.

Bizimxəbər.az xəbər verir ki, bu barədə sözügedən saytların rəhbərləri məlumat yayıb. Məlumata görə, bu barədə domen sahiblərinin elektron ünvanlarına məktub göndərilib və xəbərdarlıq edilib. Məktubda saytların dayandırılması qərarının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verildiyi qeyd olunub.

Domenlərin fəaliyyətinin dayandırılması isə sahibkarların narazılığına səbəb olub.

“Evisa.az” domeninin sahibi Vahid Qasımovun sosial şəbəkədə yaydığı məlumata görə, etirazlardan sonra saytının fəaliyyəti dayandırılan şəxslər ASAN xidmətə çağırılıb.

Məsələ ilə bağlı “ASAN xidmət”in mətbuat xidmətindən açıqlama almaq istəsək də, telefonlarımıza cavab verən olmadı.

 Qeyd edək ki, Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə “ASAN Viza” sistemi vasitəsilə elektron viza veriləcək.
Bizimxəbər.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə