Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“İlin sonunda əfv sərəncamı olmayacaq” – Açıqlama
“İlin sonunda əfv sərəncamı olmayacaq” – Açıqlama
22 Dekabr 2016 / 16:40 / Baxış sayı: 812
Font1 Font2 Font3 Font4

“Azərbaycan müstəqillik əldə etdiyi müddətdən sonra bir qayda olaraq ilin sonunda əfv sərəncamları olur”.  

Bu sözləri  açıqlamasında  Prezident yanında Əfv Komissiyasının üzvü “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

Əliməmməd Nuriyevin sözlərinə görə, adətən ilin sonunda əfv sərəncamları o zaman olur ki, il ərzində əfv sərəncamı olmur: “Nəzərə almaq lazımdır ki, bu ilin mart ayında əfv sərəncamı olub. Xeyli sayda məhkumunu cəzası azaldılıb və azadlığa buraxılıb. Eyni zamanda bu il on min nəfərə yaxın məhkuma Amnistiya aktı tətbib olundu. Üç minə yaxın məhkum bir başa azadlığa buraxıldı. Paralel olaraq bir il ərzində mindən artıq məhkum vaxtından əvvəl şərti azad etmə və cəzanın yüngülləşdirilməsi ilə bağlı məhkəmə qərarı olmuşdu”.

Əliməmməd Nuriyevin bildirib ki, bu institutların tətbiqini və il ərzində əfv sərəncamının verildiyini nəzərə alaraq güman edirəm ki, ilin sonunda əfv sərəncamı olmayacaq:

“Amma son qərarı cənab prezident verir. Bu prezidentin müstəsna və konstitusiyon səlahiyyətinə daxil olan bir məsələdir. Əfv komisiyyası mütəmadi olaraq, fasiləsiz işləyir. Komissiya məhkumlardan, onların nümayəndələrindən, qeyri- hökümət təşkilatlarından daxil olan müraciətlərə baxır və onlarla bağlı müvafiq arayışları hazırlayır. Məhkumların azad olunması zamanı bir fərq qoyulmur. İstənilən məhkumdan daxil olan müraciətə baxılır, emal edilir və müvafiq arayış hazırlanır. Məhkumun məşhur olub-olmaması məsələsi önəmli deyil. Əlbəttə, rəy verilən zaman bir çox  amillər nəzərə alınır. Müraciət etmiş şəxsin işinə baxılarkən, onun şəxsiyyəti, ailə vəziyyəti, səhhəti, əməyə münasibəti, cəmiyyət üçün gələcəkdə təhlükə yaradıb-yaratmaması və.s amillər nəzərə alınır”.\qaynarinfo.az\

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə