Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Faizlə götürdüyü pulu qaytara bilmədi, canına qıydı – Yenilənib
Faizlə götürdüyü pulu qaytara bilmədi, canına qıydı – Yenilənib
22 Dekabr 2016 / 16:57 / Baxış sayı: 1058
Font1 Font2 Font3 Font4

Ağsu rayonunda intihara cəhd hadisəsi baş verib.

Hadisə Ağsu şəhərinin Niyazi Tağızadə küçəsindəki 27 saylı mənzildə qeydə alınıb. Ev sahibi, 1971-ci il təvəllüdlü Əzizova Zərnişan Əlisa qızı üzüm sirkəsi içərək intihara cəhd edib. İki övladı olan Zərnişan Əzizova Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun sələmçidən faizlə pul götürməsi və onu geri qaytara bilməməsi səbəbindən intihara cəhd etdiyi bildirilir.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./APA/

————
16:30

Ağsu rayonunda intihara cəhd hadisəsi baş verib.
Hadisə Ağsu şəhəri Niyazi Tağızadə küçəsi ev 27-də qeydə alınıb. 1971-ci il təvəllüdlü Zərnişan Əzizova şirkə turşusu içərək özünü öldürmək istəyib.
Buna səbəb onun sələmçidən faizlə pul götürməsi və geri qaytara bilməməsidir. Hazırda Zərnişan Əzizova Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsindədir.
Zərnişan Əzizova saytımıza açıqlamasında faizə götürdüyü pulu artıqlaması ilə ödədiyini deyib. O, qeyd edib ki, intihar etməsinin əsas səbəbi sələmçinin evə hücum çəkərək oğlunu ölümlə hədələməsidir:
“Həmkəndlim olan qadından faizlə 5 min manat pul götürmüşəm. Əvəzində isə 11 150 manat ödəmişəm. Bundan sonra həmin qadın məni məhkəməyə verib. Məhkəmə də onun tərəfindən çıxış edib. Çünkü onun bankda adamı var. Həmin şəxslə də məhkəmə əlbirdir. Deyir ki, mənə yenidən 6 min manat pul ödəməlisiniz.”
Zərnişan Əzizovanın sözlərinə görə, iki-üç gün bundan həmin qadın bir dəstə kişi ilə onun mənzilinə hücum çəkib:
“Qəfildən evimə hücum çəkdi. Bir dəstə kişi ilə mənə evimdə hədə-qorxu gəldi. Oğlumu ölümlə təhdid etdi. Dedi ki, “6 min manatı verməsən səni həbs etdirib, oğlunu isə öldütdürəcəm. Oğlunun ölümündən xəbərin olmayacaq”. Mən də buna görə intihar etmək istədim. Mənim oğlumun körpə balaları var. Sələm verən qalıb bir yanda, alanı öldürürlər, təhdid edirlər. Oğlumun ölümünə dözə bilmərəm. Mənə kömək edin.”
Faktla bağlı Ağsu rayon Prokurorluğunda cinayət işi açılıb və araşdırmaya başlanılıb./aznews.az/

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə