Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ən qəribə yeni il adətləri
Ən qəribə yeni il adətləri
31 Dekabr 2016 / 22:00 / Baxış sayı: 1504
Font1 Font2 Font3 Font4
Hər bir ölkə Yeni ili özünəməxsus adətlərlə qeyd edir. Kimi buzlu suya girir, kimisi ev əşyalarını atır.
Cənubi Afrikada yerli əhali yeni ildə şans və bərəkət üçün köhnə ev əşyalarını pəncərədən atır.
Kolumbiyada ili səyahətlərlə keçirmək üçün bayram günü çemodanla gəzirlər.
YNYC-furniture_2777470kaponiyada ilin təhvil verildiyi heyvanın maskasını taxaraq 108 dəfə zəng çalınan məbədə toplaşırlar.
Danimarkalılar köhnə boşqab və bardaqları yaxınlarının qapısına atırlar. Yeni il günü isə onlar stuldan tullanırlar. Bununla da pis ruhların getdiyinə və yeni ilin onlara uğur gətirəcəyinə inanırlar.
 
İspanlar saat 00:00-da 12 üzüm giləsi yeyirlər. 12 üzüm giləsi ayları və uğuru simvolizə edir.
kiss_mos_650_122713024903Finlandiyada ərimiş metalı suya tökürlər. Əldə edilən fiqura baxaraq gələn ili proqnozlaşdırmağa çalışırlar. Məsələn, ürək və dairə evliliyə işarədir.
Panamada xüsusi hazırlanan kuklalar yeni il tonqalında yandırılır. Kukla köhnə ili təmsil edir. Onların yandırılması isə pis ruhların uzaqlaşdırılması və yeni başlanğıc deməkdir.
Filippində masada olan hər şeyin yuvarlaq olmasına diqqət edirlər. Çünki yumru forma pulu simvolizə edir. Bu isə zənginlik əlamətidir.
Estoniyada inanclara görə, yeni il günü bir insan 7 növ yemək yesə 7 nəfərin gücünə sahib olacaq. NYC-furniture_2777470k
Braziliya, Ekvador, Venesuela, Boliviyada yeni ildə rəngli alt geyimi geyinirlər. Bunun onlara şans gətirəcəyinə inanırlar. Məsələn qırmızı sevgi, sarı isə zənginlik deməkdir.
Peruda Yeni ildə Takanakuy festivalı keçirilir. Yeni il gecəsi insanlar bir birini yumruqlayır. Bununla Yeni ilə daha rahat girəcəklərini düşünürlər.
Rumıniyada qəpikləri çaya atır və bunun uğur gətirəcəyinə inanırlar.
10-weird-new-year-s-eve-traditions-image-4Boliviyada şirniyyatların içərisinə pul qoyurlar. Kimə bu pullu şirniyyat düşsə il onun üçün daha uğurlu olacaq.
Çilidə insanlar yaxınlarının məzarı başında gecələyirlər.
Sibirlilər yeni ildə buzlu suya girirlər. (seyahetciblog.wordpress.com)
Bizimxəbər.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə