Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanın “qara siyahısı”na düşən Aseldarov kimdir? – YENİLƏNİB
Azərbaycanın “qara siyahısı”na düşən Aseldarov kimdir? – YENİLƏNİB
23 Dekabr 2016 / 13:27 / Baxış sayı: 1136
Font1 Font2 Font3 Font4

Lent.az-ın Rusiya Federal Təhqiqatlar Xidmətinin rəsmi saytına (http://www.fsb.ru/fsb/press/message/single. htm%21id%3D10438044%40 fsbMessage.html) istinadən məlumatına görə, terrorçu dekabrın 3-də Rusiya hüquq-mühafizə orqanları tərəfindən Dağıstanda həyata keçirilən anti-terror əməliyyatı zamanı öldürülüb.

Rüstəm Aseldarov 1981-ci ildə Rusiyanın Kalmıkiya Respublikasında anadan olub. 2007-ci ildə Dağıstanda fəaliyyət göstərən terrorçu “Meşə qardaşları” qrupuna qoşulub. Bir neçə qətlin və terror aktının iştirakçısı olub. 2012-ci ildə “Qafqaz əmiri” Doku Umarov onu Dağıstan cəbhəsinin komandiri təyin edib.

Umarovun ölümündən sonra özünü əmir elan edərək, İŞİD lideri Bağdadiyə biət andı içib. Bu il dekabrın 3-də isə Mahaçkala yaxınlığında keçirilən əməliyyat nəticəsində öldürülüb.

—–

10:20

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının İŞİD və “Əl-Qaidə” Sanksiya Komitəsinin dekabrın 12-də qəbul edilmiş qərarlarına uyğun olaraq ümumi siyahını yeniləyib.

MBNP-dən verilən xəbərə görə, ümumi siyahı Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən, barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən yenilənib. Məlumata görə, 1 nəfərin adı siyahıya əlavə olunub. Həmin şəxs Rusiya vətəndaşı Rüstəm Maqomedoviç Aselderovdur.

Qeyd edək ki, Ümumi Siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir.

Ümumi Siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib.

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna uyğun olaraq, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər Ümumi Siyahıda göstərilmiş fiziki və ya hüquqi şəxslərin pul vəsaitlərini və ya digər əmlakını aşkar etdikdə, qanunla müəyyən edilmiş qaydada belə pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatı icra etməməli və bu barədə məlumatı Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməlidirlər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə