Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan vətəndaşını Peterburqda oğurladılar
Azərbaycan vətəndaşını Peterburqda oğurladılar
23 Dekabr 2016 / 13:24 / Baxış sayı: 664
Font1 Font2 Font3 Font4

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində 28 yaşlı Azərbaycan vətəndaşı polisə müraciət edərək bildirib ki, tanımadığı şəxslər onu oğurlayıb və buraxılması üçün 1 milyon rubl tələb ediblər.

Həmin şəxsin bildirdiyinə görə, Peterburqa tanışının yanına özünün “Lada Priora” avtomobilində gəlib, ancaq görüş zamanı onu zorla “Porshe Cayanne” avtomobilinə mindiriblər. Yaxşı tanımadığı üç nəfər onu avtomobildə şəhərdə dolaşdırıb və 1 milyon rubl tələb edib. Lakin Tipanov küçəsində azərbaycanlı maşından düşərək qaçmağa müvəffəq olub. Bununla belə o, sifətindən və boynundan bıçaq yaraları alıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib, hazırda polis “Porshe Cayanne” avtomobilini və azərbaycanlını oğurlayanları axtarır.

Bizimxəbər.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə