Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Diqqətli olmalıyıq, Azərbaycanı qarışdırmaq istəyən qüvvələr var
Diqqətli olmalıyıq, Azərbaycanı qarışdırmaq istəyən qüvvələr var
23 Dekabr 2016 / 13:44 / Baxış sayı: 1840
Font1 Font2 Font3 Font4

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə bağlı versiyaların sayı getdikcə artır. Həm Rusiyanın, həm də Türkiyənın siyasi ekspertlərinin və siyasətçilərinin rəylərində üst-üstə düşən başlıca məqam ondan ibarətdir ki, terroru planlaşdıranların məqsədi Türkiyə-Rusiya münasibətlərini yenidən gərginləşdirmək idi.

Milli.Az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, Türkiyə-Rusiya münasibətlərinin yenidən gərginləşməsində maraqlı olan dövlət və güclər bəllidir: “Bunlar ABŞ, Fətullah Gülən, PKK, YPG, PYD və İŞİD terror qruplaşmasıdır.

Buna görə də “Rusiya səfirinin qətli kimlərin maraqlarına uyğun idi?” sualı aktuallığını itirmir və “maraqlı tərəf” axtarışı davam edir”.

Ekspertin fikrincə, diqqət yenə də daha çox Fətullah Gülənin üzərində çəmləşib: “Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan səfiri öldürən polisin məhz “Gülən şəbəkəsi”nə (FETÖ) aid olduğunu bildirib. Belə olan halda ABŞ-la bağlı müəyyən şübhələr səsləndirilir. Çünki Güləni mühafizə edən Amerikadır. Ancaq ABŞ-dakı dairələrin bu qətllə əlaqəli olması versiyası inandırıcı deyil”.

Mərkəzin rəhbəri qeyd edib ki, səfirin öldürülməsi Rusiya-Türkiyə münasibətlərinə təyyarə olayında olduğu kimi mənfi təsir etmədi: “Tam əksinə, Ankara Suriya məsələsində Moskva ilə anlaşdı. Rusiya da səfirinin qətlinə soyuqqanlı yanaşdı, Türkiyəni ittiham etmədi. Çünki hazırki geosiyasi vəziyyətdə Moskva Ankaranı yanında görmək istəyir. Qətldən bir gün sonra Moskvada Türkiyənin xarici işlər və müdafiə naziri ilə çox konstruktiv dialoq aparıldı. Rusiya-Türkiyə yaxınlaşması Vaşinqtonun maraqlarına cavab vermir. Ona görə də səfirin qətlindən sonra bu yaxınlaşmanın daha da güclənəcəyini Amerikadakı mərkəzlər proqnozlaşdıra bilərdilər. Bu baxımdan da ABŞ-dakı mərkəzlər Rusiya səfirinin qətlində maraqlı ola bilməzdilər”.

E.Şahinoğlu hesab edir ki, elə vəziyyət yaranıb ki, terror təhlükəsinin haradan gələ biləcəyini müəyyən etmək çətinləşib: “Türkiyə müxtəlif təhlükələrlə üz-üzədir, PKK, YPG, PYD, DAİŞ, Gülən şəbəkəsi – bunların hamısı Türkiyəni hədəf alıb.

Ona görə də Türkiyəyə çətindir və hər gün bu ölkədə partlayış və terror aksiyası baş verir, üstəgəl Türkiyə ordusu Suriya ərazisində terrorçularla şiddətli döyüşlərdə iştirak edir. Rusiyanın özü də Suriyaya hərbi müdaxilədən sonra beynəlxalq terrorçuların hədəfinə çevrilib.

Son aylarda Moskva və Sankt-Peterburqda Mərkəzi Asiya mənşəli bir neçə qrup terrorçu zərərsizləşdirildi ki, “İŞİD”ə itaət edən bu qüvvələr Rusiyanın böyük şəhərlərində terror planlaşdırırdılar.

Rusiya səfirinin qətlindən sonra “İŞİD” bir neçə ölkədə, o cümlədən Rusiyanın Azərbaycandakı səfirliyini hədəf aldığını açıqladı. “İŞİD”in bu “tapşırığı” yerinə yetirmək üçün Bakıya xüsusi dəstə və şəxs göndərməsi problematikdir. Ancaq “İŞİD”in nəsə etmək üçün harasa terrorçu göndərməsi də vacib deyil. Həmin dövlətlərdə verilən tapşırığı yerinə yetirməyi arzulayan şəxs və ya şəxslər də tapıla bilər. Fransa və Almaniyada baş verən son terror aksiyaları da bundan xəbər verir. Bir sıra hallarda terror aksiyalarını planlaşdıran şəxs və şəxslər nə Suriya və İraqda olub, nə də “İŞİD”lə birbaşa əlaqəsi var, sadəcə təşkilata olan “rəğbət hissi” və “yuxarıdan verilmiş əmr” onu və ya onları cinayətə sürükləyir. Belələrinin bu haqda düşünməyə başlamaları belə qorxunc terror planının hərəkətə gətirilməsi deməkdir. “İŞİD” də məhz uzaq məsafələrdə beyinlərdə cızılan planlara arxayındır”.

Ekspertin fikrincə, bunları Azərbaycanda nəzərə almalı və antiterror tədbirlərini gücləndirməlidirlər: “Birincisi, Azərbaycanda təhlükəsizlik tədbirlərini gücləndirmək və mümkün təhlükənin haradan gələ biləcəyini müəyyənləşdirmək lazımdır.

İkincisi, əhali diqqətli olmalı, vətəndaşlar şübhə doğuran hallar haqqında dərhal hüquq mühafizə orqanlarına məlumat verməlidirlər. Üçüncüsü, keçmiş illərdə Azərbaycan vətəndaşlarının Suriya və İraqda savaşa yollanması səbəbləri diqqətlə araşdırmalıdır.

Müxtəlif ölkələrdə fərqli qruplar var ki, onlar dünyəvi Azərbaycanın daxili və xarici siyasətindən narazıdırlar və Azərbaycanı içəridən qarışdırmaq üçün istənilən plan tərtib edə bilərlər.

Məsələn, İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfəri bir çox radikal islamçı qrupun və onların dəstəkçilərinin xoşuna gəlmədi. Ona görə də mümkün narazı qrupların Azərbaycana müdaxilə imkanlarını neytrallaşdırması məsələsi aktuallaşır”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə