Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sumqayıt icra başçısı həbsdəki jurnalistə xəbər göndərdi – “Üzr istəsin”
Sumqayıt icra başçısı həbsdəki jurnalistə xəbər göndərdi – “Üzr istəsin”
23 Dekabr 2016 / 17:06 / Baxış sayı: 1578
Font1 Font2 Font3 Font4

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov həbsdəki jurnalistə xəbər göndərib ki, ondan üzr istəməsə onu həbsdən buraxmayacaqlar. arxiv.bizimxeber.az qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumat tanınmış vəkil Elçin Sadıqov yayıb.

Elçin Sadıqov bildirib ki, Cinayət Məcəlləsinin 147.2-ci maddəsilə (böhtan) təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunan jurnalist İkram Rafiqoğlunun ailəsini inandırmağa çalışırlar ki, Zakir Fərəcovdan üzr istəsin, üzr istəməsə onu buraxmayacaqlar: “Ailəsi məndən dəfələrlə xahiş edib ki, İkram Rahimova Zakir Fərəcovdan üzr istəməsə onu buraxmayacaqlarını deyim. Ailəsinin sözünü İkram Rafiqoğluna çatdırmışam. Lakin, İkram Rafiqoğlu birmənalı olaraq Zakir Fərəcovdan üzr istəməyəcəyini bildirib”.

Vəkil daha sonra qeyd edir ki, İkram Rafiqoğlu onunla söhbət zamanı bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri icra başçısı Zakir Fərəcovun qəbul iclaslarında dəfələrlə iştirak etməsi barədə məlumatı var: “Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin onun apellyasiya şikayətinə ədalətli baxacağına ümidi azdır və apellyasiya şikayətinə ilkin baxış iclasında Sumqayıt Apellyasiya Məhkəməsinin hakimlərinə etiraz  və işə başqa apellyasiya instansiya məhkəməsi tərəfindən baxılmasını xahiş edəcək.

Apellyasiya baxışının gələn ay olacağı gözlənilir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə