Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Putin Su-24 qırıcısının vurulması ilə bağlı danışdı-Canlı yayım
Putin Su-24 qırıcısının vurulması ilə bağlı danışdı-Canlı yayım
23 Dekabr 2016 / 15:45 / Baxış sayı: 1364
Font1 Font2 Font3 Font4

Putin bəyan etdi ki, Rusiya iqtisadiyyatı ucuz neft qiymətlərinə uyğunlaşıb.

Dövlət başçısı deyib: “Rusiyanın 2017-ci il üçün büdcəsi neftin bir bareli 40 dollardan hesaba alınaraq nəzərdə tutulub. Neftin gələcək qiyməti barədə nəsə demək çətindir. Amma düşünürəm ki, 2017-ci ildə neft qiymətləri stabilləşəcək. OPEC Rusiyanın neft hasilatına təsir etmir. Əgər neft qiymətləri 10 dollar da artsa, büdcə və neft şirkətləri fayda əldə edə bilər”.

***

Putin dedi: “Su-24 qırıcısının türk hökumətinin əmri olmadan vurulduğuna şübhə ilə yanaşırdım. Amma səfirin qətlindən sonra fikrimi dəyişdim. İnanıram ki, hər şey ola bilər”.

Suriya məsələsinə gəlincə isə Putin bildirib ki, bu məsələ ilə əlaqədar hamı ilə işləməyə hazırıq. Dövlət başçısı Səudiyyə Ərəbistanı, İordaniya, ABŞ və Misirin Suriyada fəaliyyətinin vacibliyini qeyd edib.

Putin Hələbin azad edilməsi məsələsində Rusiyanın roluna toxunub: “Bizim iştirakımız olmadan Hələbin azad edilməsi mümkün deyildi. Eyni zamanda, Türkiyə və İranla edilən əməkdaşlığın da rolunu qeyd etmək lazımdır.

***

Putin mətbuat konfransında Donbassda baş verən münaqişəyə toxunub.

Jurnalistin Ukarynada Rusiyanı işğalçı kimi tanıyırlar fikrinə cavab olaraq Putin Ukrayna ordusunun öz ölkəsində işğalçı kimi tanınmasını qeyd edib.

Dövlət başçısı Kiyevə Ukrayna ordusunun Donbasda işğalçı kimi qəbul edilməməsi barədə düşünməyi təklif edib.

***

“Bi-Bi-Si” kanalının Amerikada keçirilən prezident seçkilərinə müdaxilə barədə ittihamlarla bağlı sualına cavab olaraq Putin haker hücumlarını müzakirə edərək bildirib ki, ABŞ-a kiber hücumun kim tərəfindən törədildiyini heç kəs bilmir:

“Kiber hücumların arxasında kimin dayanması o dərəcədə də vacib deyil. Vacib olan odur ki, hakerlər insanlara həqiqəti göstərdilər”.

“Müdaxilə məsələsinə gəldikdə, bir dəfə də demişdim, məğlub tərəf həmişə bəhanə axtarır. Yaxşısı budur ki, problemi özlərində axtarsınlar. Hansısa hakerlər Demokratlar partiyasının elektron poçt qutusunu dağıdıb. Amma Trampın da qeyd etdiyi kimi, hakerlər Rusiyada olmaya bilər. Məlumatlar yayıldıqdan sonra Demokratlar partiyası milli komitəsinin rəhbəri istefa verdi. Deməli üzə çıxan məlumatlar doğru idi”.

O əlavə edib ki, ABŞ-ın hazırkı administrasiyasının cox ciddi sistem problemləri var: “Hazırkı administrasiya milləti bölür. Mən hər iki xalqın rifahı naminə ABŞ-ın gələcək administrasiyası ilə konstruktiv münasibət qurmaq istərdim”.

“Donald Tramp cəmiyyətin əhval-ruhiyyəsini hiss etdi və seçki kampaniyasında sonadək getdi, baxmayaraq ki, ona bizdən başqa heç kim inanmırdı”.

***

ABŞ-ın “Wall Street Journal” nəşrinin müxbirinin “Gələn il ölkədə növbədənkənar prezident seçkiləri keçirilə bilərmi ?” sualına Putin gülərək “hansı ölkədə?” cavabını verib.

Rusiyada cavabına prezident, “Ola bilər, amma məqsədli şəkildə deyil” – deyə cavab verib.

Yeni nüvə silahının istehsal edilib-edilməməsi ilə maraqlanan jurnalist Putindən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın “ABŞ-ın nüvə arsenalını gücləndirmək lazımdır” bəyanatını şərh etməyi xahiş edib.

Putin cavab verib ki, Trampın mövqeyi çoxdan məlumdur. Amma hazırda fəaliyyət göstərən prezident administrasiyasının ABŞ silahlı qüvvələrinin dünyada ən qüdrətli güc olmaları barədə bəyanatı onu təəccübləndirib. “Bu barədə heç kəs mübahisə etmir axı”- deyə Putin təəccüblənib.

Putin qeyd edib ki, Rusiya Federasiyasının ona hücum edə biləcək istənilən potensial aqressordan güclü olduğunu deyib. Bunu deyərkən isə Rusiya ordusunda modernləşdirməyə istinad edib. Rusiya nüvə potensialını, aviasiyanı və dəniz donanmasını gücləndirmək üçün çox iş görüb.

***

Rusiya prezidenti Vladimir Putin mətbuat konfransı keçirir.

Ölkə.Az xəbər verir ki, bu Putinin ilin yekunlarına dair keçirilən 12-ci mətbuat konfransıdır.

Bu il Putinin mətbuat konfransına rekord sayda mətbuat nümayəndəsi akreditasiyadan keçib.

Bildirilir ki, prezidentin mətbuat konfransında 1437 jurnalist iştirak edəcək.

Jurnalistlər həm yerli həm də xarici ölkələrin mətbuat qurumlarında fəaliyyət göstərir.

Konfransda dövlət başçısına maraqlı suallar ünvanlanır. Ölkə.Az canlı yayımı təqdim edir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə