Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sirli alıcı Trampın ata evini aldı
Sirli alıcı Trampın ata evini aldı
23 Dekabr 2016 / 15:59 / Baxış sayı: 1146
Font1 Font2 Font3 Font4

Trampın uşaqlığını keçirtdiyi evini alan adamın adı gizli saxlanılır.Nyu-yorkun “Cameyka-Esteyts” məhəlləsində yerləşən evdə amerika prezidenti seçilmiş Donald Tramp 4 yaşına kimi yaşayıb. 

arxiv.bizimxeber.az Daily Mail-ə istinadən bildirir ki, ev bir aydan sonra auksiona çıxarılacaq.

İkimərtəbəli kərpic ev sahibini dəyişdikdən bir ay sonra yenidən satışa qoyulacaq. Adını gizli saxlayan alıcı dekabrın ortalarında 1,25 mln $ aldığı evi daha baha qiymətə satmağı düşünür.

New York Post qəzetinin məlumatına görə adı çəkilən evi 140-cı ildə prezidentin atası Fred Tramp tikib. Evdə 5 yataq otağı, kabinet, yay mətbəxi, divar peçi və iki maşınlıq qaraj var. Məqalədə Donald Trampın bu evdə doğulduğu və 4 yaşına kimi yaşadığı bildirilir.

Evi 2008-ci ildə alan evli cütlük kimə məxsus olduğundan xəbərsiz olub. İsaak və Klavdiya Kestenberqlər bu evi 782,5 min $ almışdı.
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə