Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident 55 yaşını qeyd edir – FOTOLAR
Prezident 55 yaşını qeyd edir – FOTOLAR
24 Dekabr 2016 / 0:25 / Baxış sayı: 1790
Font1 Font2 Font3 Font4

Bu gün Prezident İlham Əliyevin doğum günüdür. Qaynarinfo.Az xəbər verir ki, dövlət başçısının 55 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 24 dekabr 1961-ci ildə Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb.

1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilib, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib. 1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olub. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.
1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verilib.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.
1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olunub.
2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.
2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.
2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib. 2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına seçilib.
2008-ci ildə yenidən prezident seçilib. 2013-cü ildə üçüncü müddətə prezident seçilib və hazırda prezident vəzifəsini icra edir.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.
1983-cü ildə Mehriban Əliyeva ilə ailə həyatı quran İlham Əliyevin Leyla, Arzu və Heydər adlı üç övladı var.
 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə