Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycana saxta spirtli içkilər idxal olunur?
Azərbaycana saxta spirtli içkilər idxal olunur?
24 Dekabr 2016 / 10:59 / Baxış sayı: 1232
Font1 Font2 Font3 Font4

Son günlər bir sıra kütləvi informasiya vasitələrində Azərbaycana saxta, mənşəyi məlum olmayan spirtli içkilərin idxal olunması ilə bağlı əsassız, həqiqətəuyğun olmayan məlumatlar yer alır.

Dövlət Gömrük Komitəsindən Qaynarinfo.Az-a verilən məlumata görə, yayılan bu cür informasiyaların heç bir əsası yoxdur.  “Belə ki, bütün növ spirtli içkilər qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçirilir və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlər qanunvericiliyin tələblərinə tam cavab verdikdən sonra respublikamıza idxal olunur. Əgər məhsulun keyfiyyətinə dair şübhə yaranarsa, Mərkəzi Gömrük Ekspertizası İdarəsində həmin məhsul dərhal yoxlanılır.

Onu da qeyd edək ki, məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi Aksiz Baş Gömrük İdarəsi Kliniki Tibbi Mərkəzə rəsmi məktubla müraciət edib və sorğuya cavab olaraq Mərkəzdən bildirilib ki, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 2016-cı il ərzində spirtli içki ilə qəbul olunan xəstələrdə ölüm hadisəsi qeydə alınmayıb”, – deyə komitənin açıqlamasında qeyd olunur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə