Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İŞİD-in türk əsgərlərlə bağlı video müəmmalıdır
İŞİD-in türk əsgərlərlə bağlı video müəmmalıdır
24 Dekabr 2016 / 11:38 / Baxış sayı: 1544
Font1 Font2 Font3 Font4

“Mənim ətraflı məlumatım yoxdur. Gerçək olub-olmadığını bilmirik. Xüsusən virtual aləmdə çoxlu manipulyasiyalara yol verildiyi məlumdur”.

arxiv.bizimxeber.az APA-ya istinadən xəbər verir ki, bu sözləri İŞİD-in yaydığı video ilə bağlı jurnalistlərin sualına cavabında Türkiyənin inkişaf naziri Lütfi Əlvan deyib.

Müdafiə naziri Fikri İşıq da video ilə bağlı konkret fikir söyləməyib. “İndiyə qədər 3 əsgərimizin İŞİD-in əlində olduğunu bilirik. Digər məlumatlar təsdiqlənmiş məlumatlar deyil”, – deyə o söyləyib.

Müxalifət lideri – Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu isə hökumətdən bu məsələ ilə bağlı konkret açıqlama tələb edib. CHP millət vəkilləri də öz növbələrində müdafiə nazirinə yazılı sorğu ilə müraciət ediblər.

Xatırladaq ki, İŞİD terror qruplaşması 2 türk əsgərinin diri-diri yandırıldığı barədə video yayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə