Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qızına 74 milyon dollarlıq toy etmiş nazirin işi araşdırılır
Qızına 74 milyon dollarlıq toy etmiş nazirin işi araşdırılır
24 Dekabr 2016 / 13:26 / Baxış sayı: 2152
Font1 Font2 Font3 Font4
Hindistanın Maliyyə Nazirliyi Banqalor şəhərində ötən ay qızına 74 milyon dollarlıq toy edən iş adamı Qali Canardhana Reddi haqqında araşdırma başladıb.
Vergi müfəttişləri Karnataka əyalətinin sabiq turizm naziri olan Reddinin Banqalor şəhərindən 300 kilometr aralıda yerləşən Bellari mədənçilik şirkətinə basqın edib. Polis Reddinin evlərində axtarış aparıb. Eyni zamanda ondan toya çəkilən xərclər barədə sənəd tələb olunub.
O, toy xərclərinin qarşılanması üçün Banqalor və Sinqapurdakı evlərini zamin qoyaraq kredit aldığını və bütün ödənişlərin 6 ay öncədən edildiyini bildirib.
Qeyd edək ki, 5 gün davam edən toy mərasiminə 50 min insan dəvət olunub. Hər bir dəvətli üçün qızılla örtülü dəvətnamə hazırlanıb. Həmçinin mərasimə Braziliyadan samba rəqqasları da gətirilib.
Xatırladaq ki, korrupsiya ittihamları ilə əlaqədar 3 il həbs həyatı yaşayan Reddi cəzası sübuta yetirilmədiyindən ötən il sərbəst buraxılmışdı. (azvision)
Bizimxəbər.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə