Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda “Asan qatar” sistemi yaradılacaq
Azərbaycanda “Asan qatar” sistemi yaradılacaq
24 Dekabr 2016 / 15:45 / Baxış sayı: 1118
Font1 Font2 Font3 Font4

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Asan qatar” sisteminin yaradılması nəzərdə tutulur.

Bunu “Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası” adlı konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

Onun sözlərinə görə, bu sistem dövlət orqanları xidmətlərinin vətəndaşlara göstərilməsinə imkan verəcək. Bununla yanaşı, bu yaxınlarda Bakıda Asan Kommunal Mərkəzi də yaradılacaq.

İ.Kərimov qeyd edib ki, artıq Prezident tərəfindən dövlətin idarəedilməsi, onun modernləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu islahatların tərkib hissəsi kimi 4 il əvvəl “Asan xidmət” yaradılıb. Bu gün “Asan xidmət” bir çox qurumlarla əməkdaşlıq şəraitində çalışır.

İ.Kərimov onu da əlavə edib ki, bu günədək “ASAN xidmət”ə 13 milyondan çox vətəndaş müraciət edib. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98-100 faizdir: “Elektron xidmətlərin bütün sahələrdə inkişafı vacibdir. Elektron xidmətlərə keçidin təmin olunması dövlət üçün priotitet sahədir. Azərbaycan brendi olan “Asan xidmət” dünya səviyyəsində də tanınıb. “Asan xidmət” korrupsiyaya qarşı uğurlu bir modeldir”.

Bizimxəbər.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə