Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Netanyahu ABŞ səfirini izahata çağırdı
Netanyahu ABŞ səfirini izahata çağırdı
26 Dekabr 2016 / 9:51 / Baxış sayı: 1600
Font1 Font2 Font3 Font4

İsrailin baş naziri Benyamin Netanyahu BMT-nin İsrailə qarşı tətbiq etdiyi qətnaməsini yumşaltmaq üçün ABŞ səfirini danışıqlara çağırdı. 

arxiv.bizimxeber.az saytı xəbər verir ki, cümə günü Təhlükəsizlik Şurası İordan çayının qərb sahilində yaşayış məntəqələrinin tikintisinin qarşısını alan qətnaməyə səs verdi. 

Bazar günü məlum oldu ki, baş nazir Netehyahu bu qərardan çox narahatdır və BMT-nin Təhükəsizlik Şurasının üzvü olan 10 dövlətin səfirini izahat üçün yanına çağırıb. Bu ölkələrin arasında Fransa, Böyük Britaniya , Rusiya , Çin, İspaniya  da var.

arxiv.bizimxeber.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Netenyahunun tələbi ABŞ-a aid deyil. Təhlükəsizlik Şurasının səsverməsində ABŞ susub.

Yeni seçilmiş Donald Tramp bəyan edib ki, ABŞ bu məsələdə öz veto hüququnu istifadə etməlidir. Daha əvvəl isə israil vətəndaşlarının məskunlaşmasını qətiyyətlə müdafiə edən Devid Fridmana İsrail səfirliyi təklif etmişdi.

Lakin, daha sonra məlum olub ki, Netehyahu ABŞ səfiri Dana Şapironu yanına çağırıb.

İsrailin İordan çayının qərb sahilində və Şərqi Yerusəlimdə əhalinin məskunlaşması üçün apardığı tikintini tənqid edən sənədin müzakirəsi zamanı Amerika öz veto hüququndan istifadə etməyib.

İsrail yaxın müttəfiqi olan ABŞ-ı səsvermənin koordinasiyasını idarə etməkdə günahlandırır. Rəsmi Vaşinqton bu ittihamı qəbul etmir.

“Bizdə olan informasiyaya görə, Obama adminstrasiyası bu səsvermənin (qəbul edilən qətnamənin) başlamasına səbəb olub. Mətnin tərtibini təşkil edib və qəbul edilməsini tələb edib”,-Netenyahu bəyan edib.

Səfirlərin açıqlama üçün Milad tətili günlərində dəvət edilməsi İsrailin məsələdən kifayət qədər narahat olduğuna dəlalət edir.

Benyamin Netenyahu bəyan edib ki, cavab tədbirlər görüləcək. BMT-nin 5 təşkilatının maliyyələşdirilməsini dayandırıb. “İsrailə xüsusi düşmən” adlandırığı BMT-yə qarşı daha başqa addımlar atacağını da bildirib.

Xatırladaq ki, İsrail bu qətnaməyə səs verən ölkələrdən dördündən səfirlərini geri çağıraraq o ölkələrlə diplomatik əlaqələrə son qoyub.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə