Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

76 nəfərin ölümüylə bağlı 5 azərbaycanlı həbs edilib
76 nəfərin ölümüylə bağlı 5 azərbaycanlı həbs edilib
26 Dekabr 2016 / 11:19 / Baxış sayı: 1086
Font1 Font2 Font3 Font4

Rusiyanın İrkutsk şəhərində spirt tərkibli ”Boyarışnik” içkisindən zəhərlənərək ölənlərlə bağlı 13 nəfər həbs edilib, onlardan 5-i azərbaycanlıdır. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, onların hamısı barədə həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, onlardan 3 nəfəri müstəntiqlərə ifadə verə bilmir. Buna səbəb isə onların rus dilini bilməməsidir.

Hazırda yerli diaspora onları tərcüməçiylə təmin etməyə çalışır.

Qeyd edək ki, dekabrın 17-də İrkutsk şəhərində saxta “Boyarışnık” maddəsindən kütləvi zəhərlənmə baş verib. Nəticədə 76 nəfər vəfat edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə