Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sevindik Hətəmovun NK-dakı “sağ əli” və ya Salyan malyariya ilə üz-üzə…
Sevindik Hətəmovun NK-dakı “sağ əli” və ya Salyan malyariya ilə üz-üzə…
26 Dekabr 2016 / 14:05 / Baxış sayı: 2006
Font1 Font2 Font3 Font4

Azərbaycanda mühüm postlar tutan şəsxlərin keçmişi, onların təhsili, iş fəaliyyəti zaman-zaman mətbuatın diqqət mərkəzində olub. Saxta diplomlu, əmək kitabçalarındakı saxta iş fəaliyyəti ilə gündəmdə olan bu məmurlar hələ də iş başındadırlar, hətta daha böyük postlar arzusu ilə yaşayırlar.

Təsəvvür edin, daş karxanasında, cınqıl sexində müdir olan bir adam, gözlənilmədən millət vəkili, daha sonra Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi və icra başçısı…  

Və ya polisdə sahə müvəkkili olan birisi dönüb olur icra başçısı. Bu kimi faktlardan çox sadalamaq olar. Əksəriyyətin keçmişi ya polis olub, ya da diplomsuz biznesmen. “Azərittifaq” adlı qurumun balansındakı restoranlarda ət satanlar da indi icra başçısıdır.

Hələliksə biri barədə – Daş karxanasından icra başçısı postuna qədər gəlib çıxan Sevindik Hətəmov barədə…

2012-2016-cı illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı postunu tutan, daha sonra Salyan kimi rayona icra başçısı təyinatı almağı bacaran Sevindik Hətəmov… İcra başçısının nəzarətindəki saytlar Yardımlıdan Salyana göndərilən Sevindik Hətəmov barədə yazırdı ki, “o gedəndə Yardımlı sakinləri aglayırmış…”.

Və ya yazırdılar ki, Sevindik HətəmovYardımlıya o qədər öyrəşibmiş ki, indi də yardımlısız qala bilmir tez-tez ordakı bagına gedir. Bəs nə oldu ki, Sevindik Hətəmov Yardımlıdan Salyana gəlmək istədi? Yardımlı sakinləri ilə “yaxşı yola gedən” yoldaş Hətəmovu buna vadar edən nə oldu? Əvvəla ondan başlayaq ki, Sevindik Hətəmov Yardımlıya təyin olunandan bir neçə ay sonra bu rayondan getmək üçün çalışıb. Bunun da özəl səbəbi var.

arxiv.bizimxeber.az-ın məlumatına görə, Sevindik Hətəmov Yardımlıda icra başçısı olan zamanlarda Nazirlər Kabinetindəki dayağı sayılan çox hörmətli şəxsdən böyük dəstək alıb. Ucqar rayon sayılan Yardımlıda təmir-tikinti işinin aparılması və qurucu icra başçısı fonu yaratmaq üçün böyük maliyyə vəsaitinin ayrılmasına ehtiyacın olduğunu bildirib. Qarşılığında isə yardımlı sakinlərini tam nəzarətdə saxlamaq üçün əlindən gələni edəcəyini vəd verib.

Nazirlər Kabinetindəki sözügedən şəxs Hətəmova böyük dəstək verib, növbədənkənar rayona maliyyə vəsaitinin ayrılmasına nail olub. Amma Sevindik Hətəmov verdiyi vədi yerinə yetirə bilməyib, Yardımlı sakinlərini gördüyü işlərlə razı sala bilməyib. Yardımlıdan Administrasiyaya gedən çoxsaylı şikayət məktubları, başçının yarıtmaz fəaliyyətini əks etdirən faktlarla dolu müraciətlər NK-dakı nüfuzlu şəxsi pis vəziyyətdə qoyub. Daha sonra isə Sevindik Hətəmov bir müddət dəstəksiz qalıb.  2 ilə yaxın çalışsa da əvvəlki mövqeyinə qayıda bilməyib. Məcburiyyət qarşısında qalan Hətəmov köhnə komandanı dəyişməyə məcbur olub.

Faktiki olaraq Salyanda ciddi işlərlə yadda qalmayan Sevindik Hətəmov əsasən nəzarətində olan mətbu orqanlar vasitəsi ilə bir əldən qorunur. Bu günlərdə mətbuatda fəaliyyəti ilə gedən yazılardan bərk əndişələnən Hətəmov ona mətbuat dəstəyi verən savadsız bir baş redaktordan kömək istəyib. Salyandakı mənbələrdən arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, hələ Yardımlıda olduğu zaman bu səxsin mətbuat dəstəyindən yararlanan icra başçısı barəsində yarıtmaz fəaliyyəti ilə bağlı yazan mətbu orqanları bu savadsız baş redaktorla qorxudur… Gülməli gedişdir.

Çirkab sular altında qalan Salyanın mərkəzindəki evlərin sakinləri isə Sevidik Hətəmovdan kömək gözləyir. Mərkəzdəki kücələrdən birinin təmirini nəyinsə müqabilində yarımçıq qoyan icra başçısı görəsən nə düşünür? Salyanı çirkab sulardan təmizləmək üçün nə etmək lazımdır sualına cavabmı axtaraq, yoxsa Salyandakı körpələri malyariyanın aguşuna verək? Məncə birinci daha yaxşıdır, Sevindik Hətəmov…

Ədil Hüseynli
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə