Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Milli Məclis Astan Şahverdiyevlə bağlı qərar verəcək
Milli Məclis Astan Şahverdiyevlə bağlı qərar verəcək
26 Dekabr 2016 / 14:29 / Baxış sayı: 1050
Font1 Font2 Font3 Font4

“Deputat Astan Şahverdiyevin etiraza səbəb olan açıqlamasının həqiqətən onun tərəfindən deyilib-deyilməməsi hələ ki tərəfimizdən dəqiqləşdirilməyib”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abıyev bildirib.

O qeyd edib ki, “bu barədə eşidib, amma hələ dəqiq əmin deyil”: “Əgər təsdiqin tapsa ki, təhqir edib, əlbəttə, tədbir görüləcək. Hələ ki, Milli Məclis rəhbərliyindən bununla bağlı komissiyanın iclasının çağrılması barədə mənə bir söz deyilməyib. Qarşıdan dekabrın 30-da plenar iclas gəlir və yəqin ki, o iclasda bu məsələ ilə bağlı dəqiq qərar veriləcək. Amma indiki halda hələ ki, hansısa tədbirin görülməsi ilə bağlı bir qərar yoxdur”. A.Abıyev onu da bildirib ki, əgər həqiqətən A.Şahverdiyev müsahibəsində təhqirə yol veribsə, bu, deputat üçün ciddi səhvdir. Qeyd edək ki, deputat Astan Şahverdiyev mətbuata açıqlamasında Biləsuvarda məskunlaşan köçkünlərlə və Rusiyaya işləməyə gedən azərbaycanlılarla bağlı təhqiramiz ifadələr işlədib, onları “otxod” adlandırıb.

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə