Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Moskvada terror həyəcanı
Moskvada terror həyəcanı
26 Dekabr 2016 / 15:16 / Baxış sayı: 1010
Font1 Font2 Font3 Font4

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürənlər və həkimlər cəlb olunub

Rusiyanın paytaxtı Moskvada polis əməkdaşları vağzallarda bomba həyəcanı ilə əlaqədar təxminən 3 min adamı təxliyyə edib.

arxiv.bizimxeber.az  xəbər verir ki, bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Xəbərə görə, polisə daxil olan anonim zəng zamanı bildirilib ki, Moskvanın mərkəzində Komsomol vağzalında yerləşən vağzala bomba yerləşdirilib.

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım maşınları cəlb olunub.

“Təhlükəsizlik tədbirləri ilə əlaqədar Yaroslav, Leninqrad və Kazan vağzallarından insanlar təxliyyə edilir. Hadisə yerində araşdırmalar aparılır. Anonim zəng vuran şəxsin tapılması istiqamətində işlər aparılır”, – mənbə agentliyə bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə