Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ Fələstinin müstəqilliyini tanıyacaq
ABŞ Fələstinin müstəqilliyini tanıyacaq
26 Dekabr 2016 / 17:45 / Baxış sayı: 1278
Font1 Font2 Font3 Font4

ABŞ-ın dövlət katibi Con Kerri Fələstin-İsrail problemini nizamlamaq üçün müqavilə hazırlayır.

arxiv.bizimxeber.az xəbər verir ki, müqaviləyə əsasən, Fələstin dövləti 1967-ci ildəki sərhədləri daxilində müstəqil dövlət kimi tanınacaq.

İddiaya əsasən, Kerrinin hazırladığı sənəd Yaxın Şərq məsələsində istənilən danışıqların bazası rolunu oynayacaq. Eyni zamanda, Donald Tramp da prezident kimi vəzifəyə başlayanda bu sənəddən istifadə edəcək.

Sənədin bəndləri arasında Fələstin tərəfindən İsrail dövlətinin tanınması, İsrail tərəfdən isə paytaxtı Qüds olan Fələstin dövlətinin tanınması yer alır.

Hazırlanan sənəddə ərazi mübahisələrinin və işğal edilmiş Fələstin ərazisində inşa edilən yəhudi yaşayış məntəqələri məsələsinin həlli nəzərdə tutulub.

Qeyd edək ki, Yaxın Şərq məsələsinin nizamlanmasına dair konfrans 2017-ci ilin yanvar ayında Parisdə keçiriləcək.

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə