Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bild: “ABŞ Krım yarımadasını Rusiyaya bağışlayacaq”
Bild: “ABŞ Krım yarımadasını Rusiyaya bağışlayacaq”
27 Dekabr 2016 / 0:30 / Baxış sayı: 940
Font1 Font2 Font3 Font4

Almaniyanın nüfuzlu “Bild” nəşri yazır ki, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer seçilmiş prezident Donald Tramp üçün Rusiya ilə əlaqələrin normallaşdırılması üzrə plan hazırlayacaq. Bu barədə alman nəşri Avropa xüsusi xidmət orqanlarının məlumatları əsasında xəbər verib.

Virtualaz.org “Bild”də dərc olunmuş yazıya istinadən xəbər verir ki, Kissincer Çinin güclənməsi fonunda ABŞ-la Rusiyanın yaxınlaşmasını düzgün addım kimi qiymətləndirir. Təcrübəli danışıqlar ustası olaraq tanınan Kissincer Rusiya prezidenti Vladimir Putinlə tez-tez görüşlər keçirməsi ilə məşhurdur. Bu səbəbdən də, o, Moskva ilə Vaşinqton arasında vasitəçi olacaq.

Qəzet yazır: “Avropanın xüsusi xidmət orqanlarının apardığı analiz göstərir ki, yeni ABŞ prezidenti Kissincerin məsləhətinə uyğun olaraq, Rusiyaya qarşı sanksiyaların ləğvinə çalışır”.

Bundan əlavə, Kissincer məsləhət görüb ki, keçmiş sovet respublikaları Rusiyanın nüfuz əhatəsinə qaytarılsın.

“Bild” qeyd edir ki, Ukrayna problemi aşağıdakı kimi həll ediləcək: Moskva Ukraynanın şərq hissəsi üçün təhlükəsizlik zəmanəti verəcək, Qərb isə Krıma görə “səs-küy qoparmaqdan” əl çəkəcək. Alman nəşri yazır ki, yarımada rəsmi olaraq Rusiya ərazisi kimi tanınmasa da, bu məsələ ABŞ-la Rusiya arasında problem olaraq qalmayacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə