Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyə KİV-ə səfirin qətli ilə bağlı qadağa qoyuldu
Türkiyə KİV-ə səfirin qətli ilə bağlı qadağa qoyuldu
27 Dekabr 2016 / 11:07 / Baxış sayı: 664
Font1 Font2 Font3 Font4

Rusiyanın Türkiyədə öldürülən səfiri Andrey Karlov
Səfirin qətli ilə bağlı yayılan məlumatlar istintaqın gedişinə təsir edir

Ankara məhkəməsi Türkiyə kütləvi informasiya vasitələrinə Rusiya səfiri Andrey Karlovun sui-qəsdi ilə bağlı aparılan araşdırmaların işıqlandırılmasını qadağan edib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, bu barədə Anadolu agentliyi xəbər yayıb.

Qeyd olunur ki, yazılı və görüntülü mediada sui-qəsdlə bağlı bəzi məlumatlar yayılır ki, bu da cinayətlə bağlı aparılan istintaqın gedişinə təsir edir. Bu səbəbdən Ankara 7-ci sülh cəza məhkəməsi KİV-də səfirin ölümü ilə bağlı məlumatların yayılmasını qadağan edib. Bu təşəbbüslə Ankara prokurorluğu çıxış edib.

Eyni zamanda bildirilir ki, cinayətdə şübhəli bilinən və bu hadisə ilə bağlılığı olan şəxslər barədə KİV-də xəbərlər yaymaq məqsədəuyğun deyil.

Dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada keçirilən sərgilərdən birində hücuma məruz qalıb. Sui-qəsd nəticəsində səfir qətlə yetirilib. Səfiri 22 yaşlı Aydın şəhər sakini, xüsusi təyinatlı dəstənin əməkdaşı Mövlud Mərd Altıntaşın güllələdiyi bildirilir. Sui-qəsdçi öldürülərək zərərsizləşdirilib.

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə