Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bufet rəhbəri Erdoğan-ı “təhqir etdiyinə görə” saxlanılıb
Bufet rəhbəri Erdoğan-ı “təhqir etdiyinə görə” saxlanılıb
27 Dekabr 2016 / 11:29 / Baxış sayı: 1700
Font1 Font2 Font3 Font4
Türkiyənin müxalifət qəzetində bufet rəhbəri çalışan şəxs prezident Recep Tayyip Erdoğan-a çay xidmət etməkdən imtina edəcəyini dediyi üçün saxlanılıb.

Cumhuriyet qəzetinin ofisində bufet rəhbəri olan Şenol Buran prezidenti təhqir etməkdə ittiham edilib. O isə bu iddianı təkzib edib, vəkili bildirib. 

Türkiyə bu ilin iyulunda baş tutmayan çevriliş ilə əlaqədar olaraq “yadfikirlilik” ilə mübarizə aparıb. Cumhuriyet qəzetinin əməkdaşları saxlanılan və ya istefaya göndərilən on minlərlə insanın arasında olub.

Qəzet anti-Erdoğan xətti götürmüş az sayılı mətbu orqanlardan biridir. Cənab Buran dekabrın 24-də işə gedərkən Cənab Erdoğan-ın nitqi ilə əlaqədar olaraq təhlükəsizlik tədbirləri çərçivəsində yolların bağlandığını görüb. O, polis əməkdaşlarına bildirib: “Mən o insana bir fincan çay təqdim etməzdim.” Prezidenti təhqir edən dörd il müddətinə həbs oluna bilər.

Cumhuriyet qəzeti və qərənfillər

Ötən ay Cumhuriyet qəzetinin 10 əməkdaşı kürd yaraqlılarına və ABŞ-da yaşayan Hizmət hərəkatının lideri Fətullah Gülən-ə dəstək verməkdə şübhəli bilinərək həbs olunub. Türkiyə hakimiyyəti hesab edir ki, Fətullah Gülən baş tutmayan dövlət çevrilişinə cəhdi təşkil edib.

Bu ilin may ayında beş il müddətinə azadlıqdan məhrum edilmiş və daha sonra apellyasiya şikayətinə baxılanadək azad edilmiş Cumhuriyet qəzetinin baş redaktoru, Can Dündar Almaniyaya qaçıb. Cənab Erdoğan-ın tənqidçiləri onu dövlət çevrilişi cəhdindən sonra söz azadlığını məhdudlaşdırmaqda günahlandırıb. Prezidentin tərəfdarları isə onu iqtisadi inkişafın hərəkətverici qüvvəsi olan güclü lider kimi qiymətləndirirlər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə