Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Avtobus sürücüsü ana və körpəsinin həyatını təhlükə altına atdı – FOTO
Avtobus sürücüsü ana və körpəsinin həyatını təhlükə altına atdı – FOTO
27 Dekabr 2016 / 16:35 / Baxış sayı: 770
Font1 Font2 Font3 Font4

Bakıda avtobus sürücüsü ana və körpəsinin həyatını təhlükə altına atıb.

Milli.Az xəbər verir ki, bunu Nərgiz İbrahimli adlı xanım öz Facebook səhifəsində bildirib.

N.İbrahimli 17 saylı marşrut üzrə hərəkət edən avtobusun sürücüsündən şikayət edərək bunu müvafiq qurumların diqqətinə çatdırılmasını istəyib:

“Sürücülərin elə bil insan yox, kartof daşıması ilə artıq çoxdan barışmışam. Amma bu gün çox ciddi şəkildə əsəbiləşdim. Mən başa düşürəm ki, avtobus müəyyən vaxtda müəyyən yerdə olmalıdır.

Amma bu gün bir qadın içində 2-3 yaşlı körpənin oturduğu uşaq arabasını avtobusa qaldırarkən bu başdanxarab sürücü qaza basdı. Hələ, üstəlik, anaya da irad tutur ki, tələssin, çünki o gecikir. Sənin gecikməyinə tüpürüm! Az qala uşağı tələf edəcəkdi.

Təsəvvür edin, ana uşağını avtobusa mindirməmiş qaza basır. Hələ, üstəlik, dedi ki, sənin uşağına ağzına 20 qəpiklik soxacam. Sonrasını isə artıq anlamadım…

Ona bəraət yoxdur! O, hər bir sərnişinə görə məsuliyyət daşıyır”.

Qeyd edək ki, N.İbrahimli həmin sürücünün idarə etdiyi avtobusun qeydiyyat nişanının əks olunduğu fotosunu da paylaşıb. Fotodan görünür ki, 17 saylı marşrut üzrə hərəkət edərək ana və övladının həyatını təhlükə altına atan sürücünün idarə etdiyi avtobusun qeydiyyat nömrəsi 90-VG-166 olub.

arxiv.bizimxeber.az

 

avtobus



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə