Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

SOCAR rəsmisi: “Magistral qaz kəmərindəki qəzanın nəticələri iki gün ərzində tam aradan qaldırılacaq” – VİDEO
SOCAR rəsmisi: “Magistral qaz kəmərindəki qəzanın nəticələri iki gün ərzində tam aradan qaldırılacaq” – VİDEO
27 Dekabr 2016 / 17:57 / Baxış sayı: 762
Font1 Font2 Font3 Font4

Bu gün səhər saatlarında Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində baş vermiş yanğının nəticələri iki gün ərzində tam aradan qaldırılacaq.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin rəsi müavini Nazim Səmədzadə bildirib.

O qeyd edib ki, bir xəttin istismarının dayandırılması respublikanın qaz təchizatında problem yaratmayacaq.“Qəza barədə məlumat alınan kimi dərhal tapşırıqlar verilib. Yanğın baş verən hissə yaşayış məntəqəsindən 800 metr -1 km aralıda yerləşir. Ərazidə heç bir tikili yoxdur, heç kim xəsarət almayıb. Həm “Şahdəniz” qaz-kondensat yatağından, həm “Azəri-Çıraq-Günəşli” (“AÇG”) yataqlarından, həm də “Ümid” yatağından qaz tam şəkildə qəbul olunur və respublika ərazisində paylanma həyata keçirilir”.

Qeyd edək ki, SOCAR, Fövqəladə Hallar Nazirliyi və ”Azərenerji” mütəxəssislərinin birgə səyləri və görülmüş operativ tədbirlər nəticəsində Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən 1000 mm-lik magistral qaz kəmərində baş vermiş yanğın söndürülüb.

SOCAR-ın məlumatına görə, qəza baş vermiş xətdə təmir bərpa işlərinə başlanılıb, Abşeron yarımadasına qazın verilməsi alternativ qaz xətti ilə bərpa olunub.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə