Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

92 nəfərin öldüyü təyyarə qəzasının səbibi bilindi
92 nəfərin öldüyü təyyarə qəzasının səbibi bilindi
27 Dekabr 2016 / 22:30 / Baxış sayı: 1012
Font1 Font2 Font3 Font4

Qara dənizə düşən “Tu-154” təyyarəsinin “qara qutu”sundakı yazının ilkin təhlili qəzanın pilotların səhvi ucbatından baş verdiyini təsdiqləyir.

Rusiyanın NTV telekanalı xəbər verir ki, mənbənin sözlərinə görə, “qara qutu”dakı yazının təhlili qəzanın idarəetmədəki səhvlə bağlılığının prioritet versiya olması barədə nəticə çıxarmağa əsas verir.

“Interfax” agentliyi təhqiqatın hələlik rəsmi olmayan digər mühüm təfərrüatları barədə məlumat yayıb. İlkin məlumata görə, “Tu-154” təyyarəsi qanadlarının qaldırıcı qüvvəsinin uçuş üçün yetərli olmaması səbəbindən qəzaya uğrayıb.

Xatırladaq ki, “Tu-154” təyyarəsi bazar günü səhər havaya qalxdıqdan bir neçə dəqiqə sonra Soçi yaxınlığında Qara dənizə düşüb. Onun göyərtəsindəki 92 nəfərin hamısı – hərbi qulluqçular, jurnalistlər, məşhur həkim Yelizaveta Qlinka, həmçinin Aleksandrov adına hərbi ansamblın musiqiçiləri həlak olub.

Təyyarənin qalıqları qəzadan bir neçə saat sonra Soçi rayonunda sahildən 1,5 kilometr aralıda, suyun 50-70 metr dərinliyində aşkarlanıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə