Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məktəb şagirdi intihar etdi – Təfərrüatlar
Məktəb şagirdi intihar etdi – Təfərrüatlar
28 Dekabr 2016 / 11:32 / Baxış sayı: 1026
Font1 Font2 Font3 Font4

Bakıda 241 saylı orta məktəbin şagirdi intihar edib.

Hadisə Xəzər rayonunun Zirə qəsəbəsi, Müslüm Moqamayev küçəsi 93 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 16 yaşlı Firuz Kamal oğlu Məmmədov evin hamamında özünü asıb.

Qaynarinfo.Az xəbər verir ki, 241 saylı məktəbin direktorun müavini Şəlalə Əsgərova AzNews.az-a açıqlamasında hadisədən bu gün səhər xəbər tutduqlarını bildirib:

“Firuz Məmmədovun hansı səbəbdən intihar etməsi bizə də məlum deyil. Hadisə dünən onun yaşadığı evdə olub. O qədər də yaxşı oxumurdu, səhhətində heç bir problem yox idi. Kasıb bir ailədir. Ailədə 4 uşaqdır. Ata-ana işləyir, uşaqlar da yeri gələndə ailəyə kömək edirdi. Firuzun özündən böyük qardaşı var. Bacıları da bu məktəbdə oxuyur. Doğrusu, onun niyə belə hərəkət etməsi bizə də qaranlıqlıdır. Yəqin ki, yaxın vaxtlarda məlum olar.”

Faktla bağlı cinayət işi açılıb, hazırda istintaq gedir.

Bizimxəbər.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə