Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məktəb direktorları ilə bağlı Nazirliyə təklif
Məktəb direktorları ilə bağlı Nazirliyə təklif
28 Dekabr 2016 / 12:58 / Baxış sayı: 902
Font1 Font2 Font3 Font4
Təhsil sahəsində müəyyən uğurlu islahatlar həyata keçirilir.
Dövlət proqramları və islahatlar çərçivəsində təhsildə idarəetmə, müəllim hazırlığı və digər sahələrin inkişafına xüsusi diqqət yetirilir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətdə də mühüm işlər görülüb.
Amma bəzi məsələlər hələ də problem olaraq qalır. Bəzi bölgələrdə məktəb direktorlarının bəzən illərlə bir məktəbə rəhbərlik etməsi ictimaiyyətin də narazılığına səbəb olur. Hətta, bəzi məktəb direktorları feodal düşüncəsi ilə özlərini ağa hesab edirlər.
Maraqlıdır, müasir məktəb direktorları necə formalaşmalıdır? Məktəb direktorlarının təyinatı məsələsində ictimaiyyətin fikirləri nə dərəcədə nəzərə alınmalıdır?
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Asim Mollazadə Modern.az-a açıqlamasında deyib ki, məktəb direktorları xüsusi olaraq yetişdirilməlidir.
“Bu istiqamətdə işlər və islahatlar davam etdirilməlidir. Bilirsiniz ki, bir sıra məktəblərin rəhbərlərinin  attestasiyası, yerlər üçün müsabiqələr həyata keçirilib. Müəyyən dəyişikliklər var. Bu dəyişiklikləri daha da dərinləşdirmək, bu prosesi daha da gücləndirmək lazımdır. Sadəcə olaraq, yeni məktəb idarəetməsini gözəl bilən şəxsləri direktor olmaq üçün tapıb yetişdirmək və onların üzərində işləmək lazımdır. Bu da zaman tələb edir”.
Bəzi direktorların illərlə bir məktəbə rəhbərlik etməsinə deputatın reaksiyası belə olub.
“Əslində, məktəb direktorlarının təyinatı məsələsində ictimaiyyətin də iştirakı olmalıdır. Əgər onları hansısa məktəb direktoru qane etmirsə, direktorun idarəetmə qabiliyyətindən narazılıq varsa, bu istiqamətdə həm yerli hakimiyyət orqanlarını, həm də nazirliyi müvafiq formada məlumatlandırmaq lazımdır.
Ümidvaram ki, Təhsil Nazirliyi də bu islahatlarda yeni rəhbərlərin tapıb təyin edilməsi istiqamətində də işlərini davam etdirəcəklər”.
Bizimxəbər.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə