Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Zərdabda 37 minlik korrupsiya
Zərdabda 37 minlik korrupsiya
28 Dekabr 2016 / 14:02 / Baxış sayı: 1248
Font1 Font2 Font3 Font4

Kənd Təsərrüfati Nazirliyi Zərdab rayonunda 37 min manatlıq korrupsiya faktı aşkar edib. Nazirlikdən verilən məlumata görə, bu dövlət qurumunun internet saytında Şəhla İsmayılovaya 9900 AZN ödənilməsi göstərilsə də, Kapital Bank ASC-nin Zərdab filialı həmin şəxsə 5000 AZN ödəyib.

Nazirliyin apardığı araşdırmalar zamanı müəyyən edilib ki, Yardımların verilməsi üzrə Respublika Komissiyası tərəfindən təqdim edilən siyahı Zərdab rayon komissiyasında dəyişdirilib. Məlum olub ki, 238 nəfər istehsalçıya bank tərəfindən faktiki ödənilən vəsaitlə Respublika Komissiyasının ödənilməsi barədə qərar qəbul etdiyi vəsait arasında 37185,50 manat fərq var.

Nəzərdə tutulduğundan artıq olan həmin vəsait məhsul istehsalçılarının bir qisminə ödənilməli məbləğdən azaldılaraq digər istehsalçıların bank hesablarına köçürülüb. Kənd Təsərrüfatı Nazirliyiaşkar etdiyi nöqsanlara hüquqi qiymət verilməsi üçün sənədləri Respublika Prokurorluğuna göndərib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə