Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İran ABŞ təyyarələrinə xəbərdarlıq etdi
İran ABŞ təyyarələrinə xəbərdarlıq etdi
28 Dekabr 2016 / 15:58 / Baxış sayı: 876
Font1 Font2 Font3 Font4
İran Hava Hücumundan Müdafiə Qüvvələri son bir neçə gün ərzində Amerikanın kəşfiyyat təyyarələrinə İran ərazisinə yaxınlaşmamaq barədə dəfələrlə xəbərdarlıq ediblər.
Axar.az xəbər verir ki, bunu “Tasnim” agentliyinə açıqlamasında İran ordusunun generalı Abbas Fərəcpur söyləyib.
“Son üç gün ərzində biz ABŞ təyyarələrinə öz hava məkanımıza yaxınlaşmamaq barədə 12 dəfədən çox xəbərdarlıq etmişik. İranın hava məkanına ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz uçan aparatlar daxil olmağa çalışıb”, – Fərəcpur bildirib.
Qeyd edək ki, İran hava hücumundan müdafiə qüvvələrinin təliminə başlayıb. Təlimdə 17 min hərbçi iştirak edir.
Bizimxəbər.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə