Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bu proqram kompüteri bloklayır – EHTİYATLI OLUN
Bu proqram kompüteri bloklayır – EHTİYATLI OLUN
29 Dekabr 2016 / 9:31 / Baxış sayı: 974
Font1 Font2 Font3 Font4

DeriaLock” adlı yeni fırıldaqçı proqram təminatı kompüterə girişi bloklayır

“G Data” şirkətinin eksperti Karsten Han tərəfindən aşkar edilmiş yeni fırıldaqçılar növü qurbanın kompüterinə girişi blok edərək 30 dollar məbləğində pul tələb edir.

Qaynarinfo.Az ICTnews-a istinadən bildirir ki, “DeriaLock” adlı fırıldaqçı proqram təminatı kompüterin ekranını bloklayaraq fayl və proqramlara girişə imkan vermir. Sistemə düşən zərərli proqram təminatı idarəedici serverlə əlaqə yaradır və öz ən aktual versiyasını sorğulayır. Bundan sonra “DeriaLock” ekranı bloklayaraq pul tələbindən ibarət bildiriş və kompüteri yenidən yüklədikdə bütün məlumatların silinəcəyi barədə xəbərdarlıq göstərir.

Mesaj ingilis və alman dillərində göstərilir. İspan dilinə tərcümə seçimi mövcuddur, amma hazırda işləmir. Han “BleepingComputer” resursuna müsahibəsində deyib ki, “DeriaLock” xəbərdarlığı göstərən pəncərənin bağlanmasının qarşısını almaq üçün aşağıdakı prosesləri deaktiv edir: “taskmgr”, “procexp”, “procexp64”, “procexp32”, “skype”, “chrome”, “steam”, “MicrosoftEdge”, “regedit”, “msconfig”, “utilman”, “cmd”, “explorer”, “certmgr”, “control” və “cscript”. Bundan başqa, zərərli proqram təminatı ekran bloklamasını ləğv etmək üçün ALT+F4 kombinasiyasından istifadənin qarşısını alır. Belə cəhd aşkar edildikdə ekranda aşağıdakı mesaj göstərilir: “Bu səhv qərardır. Yaxşı cəhddir, dostum”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə