Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sərhəddə ağır döyüşlər – Ermənistan ordusu ciddi itki verir
Sərhəddə ağır döyüşlər – Ermənistan ordusu ciddi itki verir
29 Dekabr 2016 / 12:25 / Baxış sayı: 2370
Font1 Font2 Font3 Font4

Ovik Abovyan: “Döyüşlər zamanı üç hərbçi – iki sıravi əsgər və bir zabit ölüb”

Bu gün səhər saatlarında Azərbaycan-Ermənistan sərhədində Tavuş vilayətinin Çinari kəndi istiqamətində Azərbaycan ordusunun “diversiya həmləsi” qeydə alınıb.

İstiPress-in məlumatına görə, belə bir iddia ilə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan çıxış edib. Döyüşün hələ də davam etdiyini deyən MN rəsmisi deyib ki, tərəflər snayper silahlarından və qumbaraatanlardan istifadə edir.

Ermənilər bu döyüşlər zamanı ciddi itki verdiklərini etiraf ediblər. Ermənistanın Tavuş vilayətinin qubernatoru Ovik Abovyan bu gün səhər başlayan döyüşlər zamanı üç hərbçinin – iki sıravi əsgərin və bir zabitin öldüyünü açıqlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən  İstiPress-ə, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı nə təsdiq,nə də təkzib ediblər. Bununla bağlı yaxın saatlarda açıqlama veriləcəyi bildirilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə