Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Qarabağda irimiqyaslı müharibə olacaq”
“Qarabağda irimiqyaslı müharibə olacaq”
29 Dekabr 2016 / 13:53 / Baxış sayı: 2866
Font1 Font2 Font3 Font4

ABŞ-ın nüfuzlu strateji beyin mərkəzlərindən biri 2017-ci ildə Azərbaycanla Ermənistan arasında irimiqyaslı müharibə olacağı barədə proqnoz verib.

İstiPress-in məlumatına görə, “Foreign Affairs”  jurnalını dərc edən  Beynəlxalq Münasibətlər üzrə Şura CFR-in himayəsi altında çalışan  “Centre for Preventive Action” (CPA) analitik mərkəzində  Pol Sterzin rəhbərliyi altında çalışan analitiklər qrupu  ABŞ üçün önəmli 30 beynəlxalq münaqişə üzrə məruzə hazırlanıb. Analitik qrup məruzəni hazırlamaq üçün 7 min dövlət məmuruna, beynəlxalq münasibətlər üzrə ekspertə sorğu məktubu göndərib və 500-ə yaxın cavab alıb.

 "Center for Preventive Action"un məruzəsi

“Center for Preventive Action”un məruzəsi

Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, ehtiyatda olan pokovnik-leytenant  Üzeyir Cəfərov İstiPress-ə müsahibəsində CPA-nın bu proqnozuna inanmadığını bildirib: “Bu mərkəzin Dağlıq Qarabağ üzrə açıqlaması  daha çox siyasi məqsəd güdür. Həm də oturub yaranmış şərait üzərində proqnoz verirlər. Yəni münaqişə uzanır və hər an kiçik toqquşma böyük müharibəyə  çevrilə bilər”.

Amma bununla belə Üzeyir Cəfərov 2017-ci ildə müharibə olacağına inanmır: “Gələn il bizdə bir sıra beynəlxalq mədəni tədbirlər gözlənilir. Buna görə də Azərbaycanın bu tədbirlər fonunda müharibəyə başlayacağı inandırıcı gəlmir. Təbii ki, ermənilər hər hansı təxribata əl atarsa, Azərbaycan əlində olan imkanlar hesabına düşməni susduracaq”.

“Azərbaycan məqamı gələn kimi öz ərazilərini işğaldan azad etməlidir”.

“İstər ABŞ, istər Rusiya olsun, münaqişənin həllində vasitəçilik edən tərəflər hələ ki, onun həllini istəmirlər. Həm Amerikanın dövlət katibi Con Kerri, həm də Rusiyanın ATƏT-dəki nümayəndəsi Aleksandr Lukaşeviç bu yaxınlarda çıxış edərək Qarabağ münaqişəsinin həllindən danışmağın hələ tez olduğunu vurğulayıblar. Yəni bu qüvvələr  Azərbaycanın hərb yolu ilə öz ərazi bütövlüyünü təmin etməyə hər vəchlə mane olacaqlar”,- deyə Üzeyir Cəfərov vurğulayıb.

Lakin Üzeyir Cəfərov Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi üçün müharibədən başqa yol görmür: “Ola bilər ki, beynəlxalq güclər münaqişənin həllini uzadaraq bizi işğal faktı ilə barışdırmağa çalışırlar. Yəni bir 20 ildən sonra deyərlər ki, de-fakto siz Qarabağa nəzarət edə bilmirsiniz, buna görə de-yuro da işğal faktını tanımalısınız. Amma Azərbaycan bu anı gözləməməlidir, məqamı gələn kimi öz ərazilərini işğaldan azad etməlidir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə