Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mərmi Ağdamda fərdi yaşayış evinə düşüb – SON DƏQİQƏ-Video
Mərmi Ağdamda fərdi yaşayış evinə düşüb – SON DƏQİQƏ-Video
29 Dekabr 2016 / 14:46 / Baxış sayı: 1542
Font1 Font2 Font3 Font4

Azərbaycanın işğal olunmuş Ağdam rayonunun təmas xəttində yerləşən Əhmədağalı kəndi Ermənistan silahlı qüvvələrinin atəşinə məruz qalıb.

“Report”un Qarabağ bürosu xəbər verir ki, ermənilərin atdığı mərmilərdən biri kənd sakini Mətləb Əliyevə məxsus ikimərtəbəli evə düşüb. Nəticədə yanğın baş verib və 8 otaqlı 338 kv.m-lik evin 318 kv.m-i əşyaları ilə birlikdə tamamilə yanıb.

Kənd sakinlərinin sözlərinə görə, qarşı tərəf əsasən yandırıcı güllələrdən və mərmilərdən istifadə edib. Atılan güllələrdən biri evin dam örtüyünə düşüb.

Yanğın zamanı ev sahibləri mənzildə olublar. Xəsarət alan olmayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağdam rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları cəlb olunublar. Alovun qonşu evlərə keçməsinin qarşısı alınıb.

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə