Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Moskvada terror hazırlayan İŞİD-çilər tutuldu
Moskvada terror hazırlayan İŞİD-çilər tutuldu
29 Dekabr 2016 / 15:24 / Baxış sayı: 960
Font1 Font2 Font3 Font4

Saxlanılanlar Yeni il şənliklərində hücum hazırlığında olublar

Dağıstanda İŞİD qruplaşmasının 7 tərəfdarı saxlanılıb. arxiv.bizimxeber.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, saxlanılanlar Rusiyanın paytaxtı Moskvada terror aktları həyata keçirməyi planlaşdırıblar.

Xüsusi xidmət orqanlarının məlumatına görə, İŞİD-ı Suriyadakı emissarın birbaşa əmri ilə hücum hazırlığında olublar.

Axtarış zamanı saxlanılan şəxslərdən odlu silah, sursat, qumbaralar götürülüb. Hüquq mühafizəçiləri həmçinin əldə düzəltmə partlayıcı qurğu hissələri də tapıblar.

“RİA Novosti”nin mənbəsinin məlumatına görə, saxlanılanlar Yeni il bayramı zamanı terror törətmək istəyiblər. İşlə bağlı saxlanılanların sayıın artacağı istisna edilmir.

Xatırladaq ki, dekabr ayının ortalarında da Federal Təhlükəsizlik Bürosu əməkdaşları Moskvada terror hazırlığında olan 4 terrorçunu saxlamışdılar. Onların da Tacikistanın beynəlxalq axtarışa verdiyi və hazırda Türkiyədə olduğu ehtimal edilən İŞİD emissarından əmr aldığı bildirilirdi. Onların üzərində də bomba və silah-sursat tapılmışdı.
arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə