Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nəsimi İcra Hakimiyyəti əhaliyə bayram sovqatı payladı
Nəsimi İcra Hakimiyyəti əhaliyə bayram sovqatı payladı
29 Dekabr 2016 / 15:31 / Baxış sayı: 780
Font1 Font2 Font3 Font4

arxiv.bizimxeber.az saytına verilən məlumata görə, 31 dekabr Dünya Azərbaycalıların Həmrəyliyi günü münasibəti ilə bayram sovqatı paylanmışdır

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən Dünya Azərbaycalıların Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə rayonda yaşayan imkansız ailələrə bayram sovqatlarının paylanması təşkil olunmuşdur. Bu qəbildən keçirilən tədbirlərdən biri rayon İcra Hakimiyyətinin bayram münasibəti ilə təşkil olunmuş tədbiri olmuşdur. Ərazidə fəaliyyət göstərən ictimai birliklərin rayon şöbələrinin rəhbərlərinin və üzvlərinin, rayon sakinləri, burada məskunlaşmış məcburi köçkün ailələrinin, həmçinin tədbirin təşkilati işlərində yaxından iştirak etmiş idarə və təşkilatların nümayəndələrinin iştirakı ilə təşkil olunan mərasimə toplaşanları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının I müavini Yavər Allahverdiyev çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə təbrik etmiş, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulamışdır. Bayram ilə əlaqədar Nəsimi rayonunda yaşayan az təminatlı ailələrə, qaçqınlara, ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 1000-dən çox ailəyə bayram payları təqdim edilmişdir

Tədbirdə çıxış edən rayon sakinləri Yeni il bayramı münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

arxiv.bizimxeber.az 

nesimi (1) nesimi (2) nesimi (3) nesimi (4) nesimi (5)



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə