Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

5 ildə 340 edam -Şimali Koreyada
5 ildə 340 edam -Şimali Koreyada
29 Dekabr 2016 / 16:21 / Baxış sayı: 1140
Font1 Font2 Font3 Font4

Kim Çen İnin Şimali Koreyada hakimiyyətə gəldiyi 2011-ci ildən etibarən ölkədə 340 edamın olduğu bildirilir. 
arxiv.bizimxeber.az məlumat verir ki, Cənubi Koreyada yerləşən Beynəlxalq Təhlükəsizlik Strategiyası İnstitutunun (İNSS) yayımladığı “Kim Çen İnin 5 illik iqtidarı: Pis İdarəçilik ” hesabatında atası Kim Çen İlin ölümünün ardından iqtidardakı Koreya Əmək Partiyasının başına keçən gənc liderin hakimiyyətini gücləndirmək üçün ölüm cəzasını istifadə etdiyi bildirilir.

Hesabatda Şimali Koreyada Kimin 5 illik hakimiyyəti dövründə edam edilən 340 nəfərdən  140-ı ali hakimiyyət təbəqəsi , digərlərinin də ordu ya da Əmək partiyasının məsul şəxsləri olub.

Edam edilənlər arasında Kimin kürəkəni və Beynəlxalq Müdafiə Birliyinin rəhbərinin müavini  Çang Song Taek də var idi.

2013-cü ildə rüşvətlə ittiham edilərək edam olunan Çangın ac köpəklərin qabağına atıldığı iddiası da var.

Müdafiə naziri olan Hyon Yong Çol isə 2015-ci ildə paytaxt Pxenyanda kütlənin önündə raket mərmisi ilə edam olunmuşdu.

Gənc lider Kim Çen İn , atası Kim Çen İlin 17 aprel 2011-ci ildə infarkt nəticəsində vəfat etdikdən sonra hakimiyyətə gəlmişdir.

arxiv.bizimxeber.az 

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə