Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

7 hərbçisinin həlak olması barədə məlumat təkzib edildi-RƏSMİ
7 hərbçisinin həlak olması barədə məlumat təkzib edildi-RƏSMİ
29 Dekabr 2016 / 16:30 / Baxış sayı: 1612
Font1 Font2 Font3 Font4

arxiv.bizimxeber.az saytı məlumat verir ki, Müdafiə Nazirliyi  Azərbaycanın 7 hərbçisinin həlak olması barədə məlumatları təkzib edib

“Erməni mahiyyəti növbəti dəfə özünü büruzə verdi. Ermənistan Ordusunun rəhbərliyi uğursuzluqla nəticələnən təxribat əməliyyatına haqq qazandırmaq, erməni xalqı qarşısında özünü təmizə çıxarmaq məqsədilə guya Azərbaycan tərəfinin 7 nəfər itki verməsi barədə yalan məlumat yayıb. Bu xəbərin heç bir əsası yoxdur”.

Bu barədə Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

MN-dən bir daha təsdiq ediblər ki, hadisə nəticəsində bir hərbçimiz itkin düşüb.

“Bəzi yerli kütləvi informasiya vasitələrində Ağdam rayonunun Əhmədağalı kəndindəki yaşayış evinin düşmən tərəfindən atəşə məruz qalması xəbəri də təsdiqini tapmayıb”. – deyə MN-dən bildiriblər.

Qeyd edək ki, hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

Ermənistan Müdafiə Nazirliyi döyüşdə 3 erməni hərbçinin öldüyünü açıqlayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə