Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənilər şəhid əsgərimizin fotosunu yaydı – FOTO
Ermənilər şəhid əsgərimizin fotosunu yaydı  – FOTO
30 Dekabr 2016 / 11:35 / Baxış sayı: 2734
Font1 Font2 Font3 Font4

Ermənilər tərəfindən sosial şəbəkələrdə Azərbaycan əsgərinin meyitinin fotolarının yayılması ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlikdən İstiPress-ə verilən məlumatda bildirilir ki, erməni tərəfi əvvəlcə meyitin onlarda olmadığını bildirsə də, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər və əldə edilən təkzibolunmaz dəlillər qarşısında məcbur qalaraq əsgərimizin meyitinin fotolarını sosial şəbəkə vasitəsilə yayıb.

“Təxribatın qarşısını alarkən həlak olan və düşmən nəzarətindəki ərazidə qalan əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə rəsmi qaydada müraciət edilib.

Təəssüflər olsun ki, Ermənistan tərəfi növbəti dəfə beynəlxalq qurumların nümayəndələrini aldadaraq, bu hadisədən yenidən öz çirkin əməlləri üçün istifadə etməklə, Azərbaycan xalqına qarşı qeyri-insani simasını nümayiş etdirir. Hazırda müvafiq qurumlarla birgə hərbi qulluqçumuzun meyitinin Azərbaycan tərəfinə qaytarılması istiqamətində işlər davam etdirilir”.

Ermnilərin sosial şəbəkələrdə yaydığı əsgərin fotosu



Ermənilər şəhid əsgərimizin fotosunu yaydı – FOTO yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə