Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakı-Tbilisi-Qars layihəsindən xəbər var – FOTO
Bakı-Tbilisi-Qars layihəsindən xəbər var – FOTO
30 Dekabr 2016 / 12:55 / Baxış sayı: 736
Font1 Font2 Font3 Font4

“Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində işlər tamamlanmaq üzrədir”. Bu barədə BakiPost.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib. 

Onun sözlərinə görə, bu məqsədlə artıq bəzi sınaqların keçirilməsinə başlanıb: “Bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi dizel ilə işləyən lokomotivlərin bir neçə dəfə sınağı keçirilib. Bütün yol boyunca lokomotivlər maneəsiz hərəkət edə bilirlər.

Bu günlərdə Axalkalaki stansiyasındakı təkər cütlərinin dəyişmə məntəqəsində yüklü vaqonun təkər arabacıqları dəyişdirilərək (1520 mm standartlı izdən 1435 mm standartlı izə keçirilərək) Türkiyə sərhədi istiqamətinə göndərilməsi sınağı uğurla həyata keçirilib”.

Qurum rəsmisi əlavə edib ki, eyni zamanda stansiyadakı konteyner meydançasında 40 tonluq kranla iritonnajlı konteynerin vaqondan–vaqona götürülüb-qoyulması sınağı da uğurlu alınıb.

Xatırladaq ki, 21 noyabr 2007-ci ildə Gürcüstanın Tetri-Skaro rayonunda – Marabda stansiyasında Bakı – Tbilisi – Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsinin , 24 iyul 2008-ci ildə isə Türkiyənin Qars şəhərində Bakı – Tbilisi – Qars bağlantısının Türkiyə hissəsinin tikintisinə start verilib.

arxiv.bizimxeber.az



arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə