Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycana Ermənistan məhsulları keçirmək istədilər (VİDEO)
Azərbaycana Ermənistan məhsulları keçirmək istədilər (VİDEO)
30 Dekabr 2016 / 12:53 / Baxış sayı: 1166
Font1 Font2 Font3 Font4

Rusiyadan gələn azərbaycanlının maşınından çıxanlar arasında metal pullar, xalçalar, içkilər də olub

Azərbaycana Ermənistan istehsalı olan məhsulları  keçirmək istəyən şəxs yaxalandı. Dövlət Gömrük Komitəsindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, Rusiya Federasiyasından Azərbaycan vətəndaşı Əhmədov Mübariz Fərhad oğlunun adına daxil olan avtomaşında bəyan olunmayan spirtli içkilərin, soyuq silahlara oxşar predmetlərin və digər malların olması ilə bağlı Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə əməliyat məlumatı daxil olub.

İdarənin əməkdaşları məlumat əsasında Bakı şəhəri, Xəzər rayonu, Şaqan qəsəbəsində yaşayan Əhmədov Mübariz Fərhad oğlunun adına daxil olmuş və Bakı Baş Gömrük İdarəsində gömrük bəyannaməsi ilə rəsmiləşdirilən ev əşyaları yükünə gömrük baxış keçirilib. Yoxlama zamanı gömrük bəyannaməsində qeyd edilməyən 4042 ədəd keçmiş SSRİ-nin, 2340 ədəd Rusiya Federasiyasının metal pulları, 3 ədəd istifadə olunmuş xalça, 10 ədəd müxtəlif ölçülü bıçaqlar və 68 ədəd Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan spirtli içkilər (spirtli içkilərdən 9 ədədi Ermənistan Respublikasında istehsal edilmişdir) aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə