Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dövlət Komissiyası şəhid əsgərimizlə bağlı MƏLUMAT YAYDI
Dövlət Komissiyası şəhid əsgərimizlə bağlı MƏLUMAT YAYDI
30 Dekabr 2016 / 13:15 / Baxış sayı: 810
Font1 Font2 Font3 Font4
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşən əsgərlə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, 29 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikası dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin qarşı tərəfdən alınması ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə müvafiq tədbirlər görülür. Proseslə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Bununla yanaşı bildiririk ki, baş vermiş hadisə zamanı Ermənistan tərəfi beynəlxalq humanitar hüquq normalarına hörmətsizlik nümayiş etdirdiyini bir daha əyani şəkildə göstərərək, döyüşdə həlak olmuş Azərbaycan hərbçisinin meyitinin fotolarını bu ölkəyə məxsus KİV-lərdə və sosial şəbəkələrdə yaymış, Azərbaycan xalqının və həlak olmuş əsgərin ünvanına təhqiramiz ifadələr işlətmişdir. Bu hərəkətləri ilə Ermənistan tərəfi baş vermiş hadisədən yenidən öz çirkin niyyətləri üçün yararlanmağa cəhd etmiş, qeyri-humanist simasını aşkar ifadə etmişdir. Bu addım Ermənistanın da qoşulduğu 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinin kobud şəkildə pozulmasıdır. Bildiririk ki, beynəlxalq hüquqa zidd olan bu hərəkətlərə görə, bütün məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə