Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ ilə Rusiya arasında qalmaqal dərinləşir
ABŞ ilə Rusiya arasında qalmaqal dərinləşir
30 Dekabr 2016 / 16:01 / Baxış sayı: 1320
Font1 Font2 Font3 Font4

Barak Obama ABŞ-da olan rus diplomatların ölkəni tərk etməsi üçün 3 gün vaxt verdi

Seçki sisteminə haker hücumu həyata keçirdiyi və bununla da amerikalı diplomatların hüquqlarını pozduğu üçün ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Kreml Vaşinqtonun ittihamlarını əsassız adlandırıb və buna adekvat addımlar atılacağına söz verib.

“RİA Novosti”-nin xəbərə görə, sanksiyalar Rusiya agentlikləri, şirkətləri və fiziki şəxslərinə aid edilib. Məsələn, Federal Təhlükəsizlik Xidməti və Baş Qərargahın Kəşfiyyat İdarəsi məhdudiyyətlərə məruz qalıb. Bundan başqa, üç şirkətə – “Məlumatların yaradılması və emalı Asossiasiyası”, “Xüsusi Texnoloji Mərkəz” və “SOR Sekyuriti”yə də sanksiyalar tətbiq olunub.

Siyahıda fiziki şəxslərdən İqor Korobov və onun birinci müavinləri Vladimir Alekseyev, İqor Kostyukov və Sergey Gizunovun adları var. Adları sadalanan şirkətlərin və fiziki şəxslərin aktivləri dondurulur və amerikalılara onlarla hər hansı bir işgüzar əlaqə qurmaq qadağan olunur.

ABŞ prezidenti Barak Obama eyni zamanda 35 rus diplomatının ölkədən xaric olunacağını da açıqlayıb. Prezident rus diplomatik missiyasını “kəşfiyyatçılar” adlandırıb və ölkədən çıxması üçün onlara 3 gün vaxt verib.

Rusiya ABŞ-a sanksiyalar tətbiq edir

Rusiya ABŞ-a sanksiyalar tətbiq edir

Rusiyanın Xarici İşlər Nazirliyi isə ABŞ-a cavab olaraq, 35 amerikalı diplomatı Rusiyada persona non qrata elan etməyi təklif edib. İstiPress-in “Tass”a istinadən verdiyi xəbərə görə, diplomatlardan 31-i ABŞ-ın Moskvadakı səfirliyinin əməkdaşı, 4-ü isə Sankt-Peterburqdakı konsulluğunun nümayəndəsidir. Eyni zamanda, amerikalılara bəzi bağ evlərindən və anbarlardan istifadə yasağı da qoyulacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə