Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiya ən yaxşı ölkə seçildi
Rusiya ən yaxşı ölkə seçildi
30 Dekabr 2016 / 17:17 / Baxış sayı: 1022
Font1 Font2 Font3 Font4

Bloomberg: Rusiya Trampın hakimiyyətə gəlməsindən çox fayda görəcək

Beynəlxalq investisiya bankları Rusiyanı 2017-ci ildə əcnəbi portfel investorları üçün ən yaxşı ölkə adlandırıblar.

“Bloomberg” xəbər verir ki, investorlar hesab edirlər ki, Rusiya inkişaf etməkdə olan ölkələr sırasında Donald Trampın hakimiyyətə gəlməsindən ən çox fayda görən ölkə olacaq. Həmçinin, rus aktivlərinin investorları cəlb etməsinin digər bir səbəbi rubldur.

Belə ki, rus valyutası 2016-cı ilin nəticələrinə görə, dünyanın ən gəlirli valyutası elan edilib. Danimarkanın “Danske Bank” bankı belə hesab edir ki, 2017-ci ilin sonuna doğru 1 dollar 53,20 rubl təşkil edəcək.

Rusiya fond bazarının kapitalizasiyası 2016-cı ildə 50,5%, yəni 584 milyard dollar artıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə