Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azyaşlı Nuray Bayramzadə Prezidentə müraciət etdi…O, “bioloji atası”ndan imtina edir
Azyaşlı Nuray Bayramzadə Prezidentə müraciət etdi…O, “bioloji atası”ndan imtina edir
30 Dekabr 2016 / 18:36 / Baxış sayı: 2912
Font1 Font2 Font3 Font4

Quba rayonu, Alekseyevka kəndində yaşayan, Alekseyevka tam orta məktəbin 5-ci sinif şagirdi, 11 noyabr 2006-cı il təvəllüdlü Bayramzadə Nuray Əvəz qızının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti nuh.az-a daxil olub.

Müraciəti qısa ixtisarla dərc edirik:

Möhtərəm Prezident!

Mən Bayramzadə Nuray Əvəz qızı gözümü açdığım gündən gördüyüm Eldarova Mehriban Mustafa qızını anam, Eldarov Eldar Həzrətqulu oğlunu atam olaraq bilmişəm. Körpəlikdən Mehriban anamın südünü içib, Eldar atamın qayğısı ilə böyümüşəm.

Məlumat üçün bildirim ki, mənim bioloji atam, 5 saylı doğum evinin  həkimi Bayramov Əvəz Əjdər oğlu anam Rübabə Xudaverdiyevanın əlacsız xərçəng xəstəsi olduğunu bilərək onunla boşanmış və başqa qadına evlənərək  bizi  talehin ixtiyarına buraxmışdır.

Anamın ölümündən sonra mən xalam Mehribanı ana, onun yoldaşı Eldarı ata bilərək qayğı və diqqət içində böyümüşəm. İllər uzunu mənimlə və rəhmətlik anamla maraqlanmayan, özünü “ata” hesab edən Əvəz Bayramov məhkəmələrin əli ilə mənə sahib çıxmaq istəyir. Onu da bildirim ki, anam rəhmətə gedəndə nə Əvəz  Bayramov, nə də onun yaxınları  anamın dəfninə gəlməyiblər.

10 il keçəndən sonra  məni  bioloji atama, “kağız üstündə ata”ma qaytarmaq üçün məhkəmələr və məhkəmə  icraçıları   mənə qarşı dəhşətli  zorakılıqlar  ediblər və mən bu təzyiqlərdən  bezmişəm.

Möhtərəm Prezident!

Mənim artıq 10 yaşım var. Bütün dünyada uşaqların hüquqları qorunur. Mənə qarşı isə təzyiqlər davam edir.

Əziz  Prezident!

Mənə heç vaxt atalıq etməmiş, əksinə mən ikiaylıq olanda, anam çarəsiz xəstə olanda bizi tərk edib köməksiz buraxan insanla mən heç bir gün də yaşaya bilmərəm. Sizdən xahiş edirəm  məni  ata adına ləkə olan Əvəz Bayramovdan və məhkəmə icraçılarından qoruyasınız.

Mən Sizə sığınıram, əziz prezident.

arxiv.bizimxeber.az



Azyaşlı Nuray Bayramzadə Prezidentə müraciət etdi…O, “bioloji atası”ndan imtina edir yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə