Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“İlin jurnalist”i naməlum şəxslər tərəfindən aparıldı – SON DƏQİQƏ
“İlin jurnalist”i naməlum şəxslər tərəfindən aparıldı – SON DƏQİQƏ
30 Dekabr 2016 / 18:57 / Baxış sayı: 1170
Font1 Font2 Font3 Font4

“Futbol+” qəzetinin müxbiri Sərxan Musalı naməlum şəxslər tərəfindən maşına mindirilərək aparılıb. Bu barədə Qaynarinfo.Az-a jurnalistin qardaşı Səbuhi Musayev məlumat verib.

Məlumata görə, Sərxan Musalı axşam saatlarında “Futbol+” qəzetinin redaksiyası qarşısında naməlum şəxslər tərəfindən maşına mindirilərək aparılıb. Hazırda jurnalistə zəng çatmır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirdi ki, bu barədə onlarda məlumat yoxdur. Nazirlik rəsmisi dəqiqləşdirmə aparandan sonra məlumat veriləcəyini dedi.

Əlaqə saxladığımız Bakı şəhər Baş Polis İdarəsindən isə bildirildi ki, onların məlumat vermək ixtiyarı yoxdur. Qeyd edək ki, Sərxan Musalı İdman Araşdırmalar Mərkəzi tərəfindən “İlin jurnalist”i seçilmişdi.

 

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə