Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Səfirin qətlini xanımı sifariş edib – Təfərrüatları
Səfirin qətlini xanımı sifariş edib – Təfərrüatları
31 Dekabr 2016 / 11:56 / Baxış sayı: 992
Font1 Font2 Font3 Font4

Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridisin qətlini xanımı Fransuaza Amiridis sifariş edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, cinayəti törədənlərdən birinə 80 min real (təxminən 25 min dollar) ödəyəcəyinə söz verib.

Bu barədə cümə günü təşkil olunan mətbuat konfransında Rio-de- Janeyro polis müstəntiqi Pontes Maqalyais deyib. O, bunu saxlanılanların ifadəsi əsasında söyləyib.

Bundan əlavə saxlanılan hərbi polis Serjiu Moreyrı Filyo ilə Fransuaza Amiridis arasında gizli eşq münasibətinin olduğuda məlum olub. O, səfirin xanımına olan sevgisini və cinayəti törətdiyini etiraf edib.

Öldürülən səfirin xanımı Fransuaza isə cinayətdə günahının olmadığı bildirib. Onun sözlərinə görə, hadisə barədə yalnız ertəsi gün qonaq otağındakı divanın üstündə qan ləkələrini görəndə bilib. Bununla belə qadın sevgilisini ələ verməmək qərarına gəlib. Bundan başqa, səfirin xanımı diplomat onu dəfələrlə döydünü bildirib.

Rio-de-Janeyro məhkəməsi hər üç şübhəlinin saxlanmasına order verib. Onlar ən azı 30 gün həbs qalacaqlar.

Faktla bağlı araşdırmalar davam edir.

Səfirin qətlini xanımı sifariş edib - Təfərrüatları
Səfirin qətlini xanımı sifariş edib - Təfərrüatları
Səfirin qətlini xanımı sifariş edib - Təfərrüatları


Qafqazinfo.az saytı ilə əlaqə üçün E-mail: [email protected]

Oğurluq etmə, istinad et!

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə