Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Unudulmaz təəssüratla yadda qalan Yeni il şənliyi
Unudulmaz təəssüratla yadda qalan Yeni il şənliyi
31 Dekabr 2016 / 12:56 / Baxış sayı: 842
Font1 Font2 Font3 Font4

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin fəalları ənənəyə sadiq qalaraq Gəncə Uşaq Evinin sakinləri üçün gözəl bayram təntənəsi təşkil edib, bir neçə saat uşaqlarla birlikdə olub, sevinc və fərəhlərini onlarla bölüşüblər. Əvvəlcə YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyi və Gəncə Tibb Kolleci Yeni il ərəfəsində Gəncə Uşaq Evinin sakinlərini sevindirmək, onların bayramlarını daha mənalı və yaddaqalan etmək məqsədi ilə “Həyatın Rənglərini Paylaşaq” adlı sosial layihə keçirib. Layihəyə əsasən istifadə olunmayan və yaxşı vəziyyətdə olan kitablar, oyuncaqlar toplanıb,bayram sovqatları birlikdə şənlikdə uşaqlara təqdim edilib.

YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Turan Məmmədzadə bildirib ki, ulu öndər Heydər Əliyev daim uşaqlara böyük məhəbbətlə yanaşıb, onlara diqqət və qayğını zəruri hesab edib.Biz də ənənəyə sadiq qalaraq çalışdıq ki, valideyn mərhəmətindən məhrum uşaqlar bu bayram sevincini duyub hiss etsinlər. Valideyn himayəsindən məhrum olan uşaqlar üçün Yeni ili hədiyyələrlə qarşılamaq çox vaxt əlçatmaz arzu olur. Bayram günlərində intizarla hədiyyə gözləyən bu körpələrə ayrılan ən kiçik diqqət onlar üçün həmin günün ən böyük sevincinə, bəlkə də bir ömür boyu unutmayacaqları xoş xatirəyə çevrilir.

Gənclərin təşkil etdiyi maraqlı, rəngarəng proqramlarla dolu Yeni il şənliyi uşaqların sevincinə səbəb olub.Onlar balaca dostlarını şәnlәndirmәk üçün müxtәlif oyunlar keçirib, uşaqları rәqsә dәvәt ediblәr. Rəqslərə qoşulan, məharətlərini göstərən, azyaşlı uşaqların sevinci hədsiz olub. Uşaq Evinin sakinlərinin oynaq, şux mahnıları, rəqsləri bayram tədbirini daha da rövnəqləndirib. Tədbir iştirakçıları birlikdə “Yeni il” nəğməsini oxuyub, xatirə şəklilləri çəkdiriblər.

Gənclər Uşaq Evinin sakinlərinə 2016-cı ilin hər birinin həyatında ən xoş hadisələrlə yadda qalmasını, qarşıdan gələn yeni ildə uşaq dünyalarının ən gözəl arzularının gerçəkləşməsini arzulayaraq, ən başlıcası isə, şənlikdən aldıqları unudulmaz təəssüratla ayrılıblar.

Bzimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə